Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANIN KEŞMİŞ TƏHSİL NAZİRİ VƏFAT ETDİ
AZƏRBAYCANIN KEŞMİŞ TƏHSİL NAZİRİ VƏFAT ETDİ6-02-2012, 12:02 |
LİDİYA RƏSULOVA 71 YAŞINDA İDİ Azərbaycanın keçmiş təhsil naziri vəfat edib. APA-nın məlumatına görə, Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib. Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək. L. Rəsulova 1941-ci ildə anadan olub. 1981-88 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərbaycan sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97 illərdə təhsil naziri vəzifələrində çalışıb. Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub. L. Rəsulova "Şöhrət" ordeni ilə təltif edilib. Geri qayıt |