Əsas Səhifə > Ölkə, Manşet > "DƏMİRBANK"IN "MƏRKƏZ" FİLİALINDA YEYİNTİ
"DƏMİRBANK"IN "MƏRKƏZ" FİLİALINDA YEYİNTİ28-11-2013, 14:43 |
DİA.AZ: - Xeyli müddətdir mətbuatda Arif Əsgərov və onun yaxın qohumları ilə bağlı yazılar dərc olunur. Məlum olduğu kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur .Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb. Hazırda onun Moskvada olduğu və müntəzəm olaraq zərərçəkmişlərlə əlaqə saxladığı bildirilir. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır. DDY QSC-dəki etibarlı mənbədən aldığımız məlumata görə Əsgərovlar və onların yaxın qohumları ilə əlaqədar gedən yazılarda bəzi fiqurlar diqqətdən kənarda qalıblar. Bu yazımızda biz onları da sizlərə təqdim edəcəyik.Belə ki, bu işlərdə iştirakçı kimi Rahib Hüseynova dəstək verən iki nəfər şəxsi də müəyyən etmişik. Bu şəxslər DD Y ASC-nin sədri Arif Əsgərovun köməkçisi , həmyerlisi İlqar Məmmədov və “DəmirBank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanovdur. Qeyd edək ki, Müşfiq Tükanovdan əvvəl həmən filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İlqar Məmmədov Arif Əsgərova köməkçi təyin olunandan sonra onu bu vəzifədə Müşfiq Tükanov əvəz edib. DəmirBankın “Mərkəz” filialındakı Müşfiq Tükanovun xidməti otağı dəmir yolunda görülən maxinasiyaların plan cızma yeri olub. Haqqını tələb edən dəmiryolçuların gözündən qıraq olan bu filiala “Liman Group” şirkətinin rəhbəri Arif Əsgərovun oğlu Elnar Əsgərov, DDY ASC-nin marketinq və tarif şöbəsinin bölmə rəisi Rahib və qardaşı Emin Hüseynov yığışardılar. Onları da Müşfiq Tükanov ilə tanış edən ,uşaqlar üçün bankda vip şərait yaratmağı Müşfiqdən xahiş edən və ona “bütün işlərini sənin otağında görsünlər” sözünü deyən, İlqar Məmmədov olub. Mənbənin bildirdiyinə görə vaxtı ilə elə belə bir vip şəraiti öz filial müdiri otağında Arif Əsgərov üçün də elə İlqar Məmmədov yaradıb. Mənbənin bildirdiyinə görə o vaxtlar Arif Əsgərov Dövlət Dəmir Yolları idarəsinin maliyyə xidmətinin rəisi olanda altı aylarla dəmiryolçuların əmək haqlarını verə bilmədiyinə görə onların əlindən qaçıb DəmirBankın “Mərkəz” filialında, İlqar Məmmədovun otağında qizlənərdi. O vaxtlar onun sürücüsü olan Aşıq İlyas da telefona cavab verib bildirərdi ki, rəis Maliyyə Nazirliyinə gedib. Bax bütün bunları nəzərə alaraq biz bir daha qeyd edirik ki,bu qalmaqallı işdə iştirakçıların sayı artır. İlqar Məmmədovun arxasında Arif Əsgərov dayansa da,Müşfiq Tükanova havadarlıq edən Milli Bankın departament müdiridir. Bu şəxs Müşfiq Tükanovun həyat yoldaşının xalasının əridir. Onu da qeyd edək ki, etibarlı mənbənin bildirdiyinə görə bir neçə ay əvvəl xeyli iqtisadi cinayətlərdə əli olduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları Müşfiq Tükanovun “qonağı” olublar. Mənbə onu da bildirir ki, bankın kollektivi Müşfiq Tükanovdan o dərəcədə narazı olublar ki, məlumatları hüquq-mühafizə orqanlarına onlar “sızdırıblar”. Qeyd edək ki, Müşfiq Tükanovun “Mərkəz” filialının müdiri olması sadəcə formal xarakter daşıyır. Onun əsas qazanc yeri , Milli Bankda çalışan həyat yoldaşının xalasının əri tərəfindən ona həvalə olunan gəlirli işləridir. 200 min manatlıq maşınlarda qəzən, Bakıda bir çox obyektlər alan Müşfiq əlbəttə ki, filial müdiri olmaqla bu boyda əmlakı əldə edə bilməzdi. Bizi izləyin… \ Qafqaznews.az \ Geri qayıt |