Əsas Səhifə > Partiya > ETİBAR MƏMMƏDOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI

ETİBAR MƏMMƏDOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI


28-11-2013, 12:33
ETİBAR MƏMMƏDOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI
Prezident Administrasiyasının sabiq İşlər Müdiri Akif Muradverdiyev, eks- İqtisadi Əlaqələr naziri Nicat Quliyev və vaxtilə AMİP-in siyahısından parlament seçkilərinə qatılan Vaqif Musayevin həbsi ilə bağlı sensasion məlumat əldə etmişik. Bu haqda Avropa.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, hər üç şəxsin həbsi AMİP lideri Etibar Məmmədovla əlaqəlidir. Mənbənin dediyinə görə, həbsindən az öncə, vaxtilə Etibar Məmmədovun hakimiyyətlə əlaqələndiricisi funksiasını daşıyan Akif Muradverdiyev AMİP lideri ilə görüşüb.

"Görüş zamanı Akif Muradverdiyev Etibar Məmmədova Milli Şuranın lideri Rüstəm İbrahimbəyovla yaxın əlaqələrinin olduğunu və konorejissorun Rusiya xətti ilə tezliklə hakimiyyətə gələcəyini bildirib. O, Etibar Məmmədovun xoşlamadığı AXCP və Müsavatın da Milli Şurada təmsil olunmasına aydınlıq gətirərək, bu qüvvələrin müəyyən dövr üçün gərəkli olduğunu və vaxtı gələndə münasibətləri ayrıd edəcəklərini deyib. Muradverdiyev həmçinin Etibar Məmmədovdan Milli Şuraya qoşulmağı da xahiş edərək , planlardan danışıb. Lakin Etibar Məmmədov onun təklifini geri çevirib."
Mənbə bildirir ki, bundan sonra Etibar Məmmədov hakimiyyəti bu plan barədə məlumatlandırıb. Nəticədə Akif Muradverdiyev Etibar Məmmədovla görüşündən az sonra həbs olunub.
Nicat Quliyevin həbsinə gəlincə, mənbə bildirir ki, vaxtilə AMİP Siyasi Şurasının üzvü və Etibar Məmmədovun yaxın dostu, sabiq nazirin isə dost-doğma dayısı İsa Məmmədov bilərəkdən və yaxud bilməyərəkdən bacısı oğlunun həbsinə səbəbkar olub. Belə ki, İsa Məmmədov bacısı oğlunun Rüstəm İbrahimbəyovla münasibətinin olduğunu və onu dəstəklədiyini deyib. İsa Məmmədov Etibar Məmmədovdan Milli Şuraya qoşulub-qoşulmamaq barədə də, tövsiyyə istəyib. Lakin AMİP lideri Milli Şuraya dəstək verməyin düzgün olmadığını dostunun diqqətinə çatdıraraq, hakimiyyəti də Nicat Quliyevin İbrahimbəyovun planında yer aldığı barədə xəbərdar edib.
Mənbə bildirir ki, İsa Məmmədovla görüşü zamanı Etibar Məmmədov öyrənib ki, vaxtilə İqtisadi Əlaqələr naziri işlədiyi zaman Nicat Quliyevin müavini olmuş Vaqif Musayev də bu planda yer alıb. Bir zamanlar partiyasının siyahısı ilə parlament seçkilərinə qatılan Vaqif Musayevlə Etibar Məmmədovun münasibətləri çox soyuq imiş. AMİP lideri onun da İbrahimbəyov planında yer alması barədə hakimiyyət dairələrini məlumatlandırıb.
Mənbə qeyd edir ki, Etibar Məmmədovun həm Muradverdiyevlə, həm də İsa Məmmədovla görüşləri bu ilin iyun ayında olubmuş. "Hələ o zamanlar Milli Şuranın vahid namizədi Cəmil Həsənli deyildi. Həmin dövürlər Rusiyanın Azərbaycan hakimiyyətinə güclü təzyiqləri fonunda Rüstəm İbrahimbəyovun namizəd olması ətrafında fikir dartışmaları gedirdi. Muradverdiyevlə görüşdən az sonra keçmiş İşlər Müdiri həbs olundu. Lakin hakimiyyət hər üç şəxsi bir vaxtda deyil, müəyyən zaman ardıcıllığı ilə həbs etdi."
Mövzu ilə əlaqədar Etibar Məmmədovun da mövqeyini dərc edəcəyik.

Geri qayıt