Əsas Səhifə > Şou-biznes > "GÖZƏL OLMAĞIM İŞİMƏ YARAYIR"

"GÖZƏL OLMAĞIM İŞİMƏ YARAYIR"


28-11-2013, 10:15
"GÖZƏL OLMAĞIM İŞİMƏ YARAYIR"
Teleaparıcı Nigar Mahmudovanın Milli.Az-a müsahibəsi

- Aparıcı olmağı qarşınıza məqsəd qoymuşdunuz, yoxsa bu, bir təsadüf oldu?

- Heç vaxt aparıcı olmaq kimi bir arzum olmayıb. Uşaqlıqdan balerina, kosmonavt olmaq istəmişəm. Daha sonra modelyer rəssam olmaq arzusunda olmuşam. Elə bu ixtisas üzrə də oxumuşam, işləmişəm. Televiziyaya gəlişim tam bir təsadüfdür. Sadəcə, jurnalların birində bir şəkildə məni görüb televiziyaya müsabiqəyə çağırdılar. Seçilən üç nəfərdən biri də mən oldum. Əslində heç vaxt ünsiyyətcil insan olmadığımdan bunun məndə alınacağına inanmırdım. Sən demə, hər şeyi öyrənmək mümkün imiş.

- Bu vaxta qədər televiziya tamaşaçılarına çatdırdığınız xəbərlərdən sizə ən təsir edəni hansı olub?

- Restoranda oğurluq edən “toppuş” ayı çox xoşuma gəlmişdi. Çox şirin idi. Ümumilikdə isə insan faciələri hamı kimi məni də biganə qoymur. Elə olur ki, sujet efirə gedən zaman gözlərim dolur, sujet bitənə qədər fikrimi yayındırıram ki, efirə qəhərli çıxmayım.

- Efir vasitəsilə tamaşaçlıara müxtəlif xəbərlər oxuyursunuz. Bəs özünüz bir tamaşaçı kimi həmkarlarınızdan hansı xəbəri eşitmək istərdiniz?

- Hamımızın gözlədiyimiz bir xəbər var. Amma onu özüm vermək istəyərdim, eşitmək yox. Allah qismət eləsin!

- Nə vaxtsa getdiyiniz hər hansı bir yolun yarısından qayıtmısınız?

- Yox, çox inadkaram. Nəyisə, həqiqətən, istəyirəmsə, sona qədər gedirəm.

- Təbiətcə necə birisiniz?

- Sakit. İnsanlara inanan.

- Gözəl olmağınız başınıza tez-tez dərd açır?

- Xeyr, deməzdim ki, dərd açır. Niyə ki? Əksinə, gözəl insanlara adamlar həmişə yaxınlaşırlar axı. Bəzən məhz bu səbəbdən kömək edirlər.

- Nədə çətinlik çəkirsiniz?

- Elə bu suala cavab verməkdə (gülür).

- Qulağınız hansı sözü eşitmək istəmir?

- Yalan və əhvalımı pozacaq sözləri.

- Gözünüzdən nə düşüb?

- Gözümdən düşən bir şey yoxdur. Vay o gündən ki, gözümdən kimsə düşə…

- Sizə siz qədər yaxın olan kimdir?

- Anam. Onunla, demək olar, hər şeyi bölüşürəm. Və bəzi halları çıxmaq şərtilə adətən məni başa düşür.

- Nəyi təəssüf hissi ilə qarşılayırsınız?

- İnsanların ürəyiqurdluluğunu, ürəyinin cılız olmağını.

- Bəlkə də… Bu ifadəni necə tamamlayardınız?

- Yəqin hər kəsin ürəyində bir “bəlkə də” var. Eləcə də mənim. Bu cümləni ürəyimdə dedim. Amma icazə versəniz, sizə deməyim (gülür)…

"GÖZƏL OLMAĞIM İŞİMƏ YARAYIR"
"GÖZƏL OLMAĞIM İŞİMƏ YARAYIR"
Geri qayıt