Əsas Səhifə > Sosial, Manşet > MƏHƏRRƏM ƏIYEVLƏ BAĞLI ŞOK FAKT

MƏHƏRRƏM ƏIYEVLƏ BAĞLI ŞOK FAKT


29-09-2011, 15:11
MƏHƏRRƏM ƏIYEVLƏ BAĞLI ŞOK FAKT

O, ƏLI İNSANOVDAN İMTİNA ETSƏYDİ, VƏZİFƏSİNDƏ QALACAQDI

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakının keçmiş baş polis rəisi, Tacikistanda ölkəmizi səfir kimi təmsil etmiş Məhərrəm Əliyevin hansısa fərqli vəzifəyə gətiriləcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Xatırladaq ki, Məhərrəm Əliyevin Nazirlər Kabinetinə gətiriləcəyi və yaxud da Daxili İşlər Naziri təyin ediləcəyi barədə müxtəlif xəbərlər yayılmışdı.

Lakin son anda məlum oldu ki, hakimiyyətin Məhərrəm Əliyevlə bağlı planları başqadır. Onu yenidən başqa bir ölkəyə səfir göndərmək niyyəti var. Yəni bu dəfə də keçmiş polis rəisinə diplomatik missiya həvalə ediləcək.

Bu gün isə redaksiyamıza bu məsələ ilə bağlı çox ilginc faktlar açıqlanıb. Hökumət içindəki mötəbər qaynağın sözlərindən belə məlum olur ki, əslində Məhərrəm Əliyev nə Ramil Usubovla düşmənçiliyi səbəbindən «vurulub», nə də hansısa yeyinti faktına görə. Xatırladaq ki, Məhərrəm Əliyevin görəvdən alındığı ilk günlərdə belə bir məlumat yayılmışdı ki, sabiq polis rəisi guya ki, «obşıy katyol»dan 100 milyon manat pulu gizlədib. Sonradan sabiq rəisin özü də bu xəbəri gülə-gülə təkzib etmişdi və bildirmişdi ki, həmin miqdarda pulun daşınmasına ela bir «KamAZ» markalı yük maşını lazımdır.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan informasiyalarda vurğulanır ki, Məhərrəm Əliyev əslində hazırda həbsdə saxlanılan və 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunmuş, amma 2007-ci ildə korrupsiya ittihamı ilə mühaimə olunaraq iş almış sabiq səhiyyə naziri Əli İnsanovla qohumluq əlaqələrinin güdazına gedib.

Qeyd edək ki, bütün hakimiyyət cameəsi Əli İnsanovun əleyhinə getsə də, onunla quda olan Məhərrəm Əliyev qohumundan nəinki imtina etmədi, hətta vəzifə başında ola-ola hakimiyyətin ümumi kursunun ziddinə açıqlamalar da verdi. O bildirdi ki, Məhərrəm Əliyev olaraq Əli İnsanovun bu hakimiyyətə xəyanət etməsinə inanmır. Və əslində, onun bu sözü həm də Bakı şəhərinin kriminogen durumuna nəzarət edən bir polis zabitinin sözü kimi cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hər halda, belə bir cinayət var idisə, bundan Bakının baş polisi xəbərdar olmalı idi. Yəni Məhərrəm Əliyevin qohumunun müdafiəsi məqsədilə söylədiyi fikirlər bir neçə məqsədə xidmət edirdi. Elə hakimiyyət də bu gizli məqsəddən yapışaraq Məhərrəm Əliyevi Tacikistana qədər «sürgün etdi».

Onu da xatırladaq ki, Məhərrəm Əliyev Əli İnsanovu müdafiə edəndə dünənə qədər onun əlindən su içməyi özünə şərəf bilən, onun əlini «ağsaqqalım» deyərək öpən bir çoxları keçmiş səhiyyə nazirinin kölgəsini belə baltamalamağa başladılar. Bu xüsusda isə daha çox diqqətçəkəni Misir Mərdanovun Əli İnsanova qarşı getməsi idi.

Beləcə, Əli İnsanovdan imtina etməməsi səbəbindən polis mundirini səfir missiyasına dəyişmək zorunda qalan Məhərrəm Əliyevin gələn həftə Avropa ölkələrindən birinə səfir göndəriləcəyi söylənilir. Hələlik bu ölkənin hansı ünvan olduğu dəqiq bilinmir.


Geri qayıt