Əsas Səhifə > Cəmiyyət, Manşet > ELMAR VƏLİYEVİN İRANA QARŞI ABSURD MÜBARİZƏSİ

ELMAR VƏLİYEVİN İRANA QARŞI ABSURD MÜBARİZƏSİ


1-02-2012, 17:20
ELMAR VƏLİYEVİN İRANA QARŞI ABSURD MÜBARİZƏSİ

İCRA BAŞÇISI ƏKSİNƏ OLARAQ PROBLEMİ DAHA DA GƏRGİNLƏŞDİRİR

DİA.AZ: - Gəncənin icra başçısı Elmar Vəliyev özünün əcaib davranışları ilə artıq dillər əzbəri olub. Elə DİA.AZ-a daxil olan son materiallardan da aydın olur ki, İran agenturasının ciddi şəkildə ayaq açdığı ölkənin ikinci ən böyük şəhərinin başçısı bu problemin həllinə hansısa formada dəstək verməkdənsə, dini müstəvidə münasibətləri daha da gərginləşdirməklə məşğuldur.

Əldə etdiyimiz məlumatlarda deyilir ki, Gəncədə Tasua və Aşura mərasimlərindən sonra Elmar Vəliyev dini və dindarları ləkələmək üçün yeni planlar hazirlayır. Gəncədən daxil olan məlumata görə, şəhərin axundlarını və bir neçə dindarı QMİ-nin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasovun əleyhinə şəhadət vermələrini istəmiş, bununla şəhərdə inanclı insanlar arasında qruplaşma yaratmaq, ixtilaf salmaq, dindarların vəhdətinin olmaması və cinayətkar olmaları fikrini formalaşdırmaq ki, xalq arasında Tasua-Aşura hadisələrindən sonra olmayan nüfuzunun daha da aşağı düşməməsi üçün hər növ vasitələrə əl atır.

Hicablı xanımların hamisini fahişə adlandırması, dəfələrlə dindarı təhqir etməsi, məscidlər də dua və sair mərasimlərin qarşısını alması, məsciddə ayaqqabılı girmək istəməsi və istehza ilə məsciddə “hanı Allah” deməsi, o məscidə ki, prezident ayaqqabısız girib və həmin məscidi təmir etdirib.

Elmar Vəliyevin dini qanunlara hörmət etmədiyini bilirik, belə çıxır ki, prezidentə də hörmət etmir. Hətta iş o yerə gəlib çatıb ki, QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin işlərinə müdaxilə etmək, din xadimlərinə təzyiqlər göstərir və onların işdən çıxarmaqla təhdid edir. Dəfələrlə mən bu şəhərin ağasıyam deməsi. Hadisələrin gedişindən bu nəticəyə gəlmək olar ki, Elmar Vəliyev icra hakimi yox dinlə mübarizə aparmaq üçün çalışır.

Həqiqətən olmuş hadisə: Elmar Vəliyev vəzifəyə yeni təyin olunduqdan sonra ona göstərirlər ki, bu məscidi Cümə (Şah Abbas məscidini) prezident təmir etdirib. Məscidə ayaqqabılı girmək istəyəndə axund deyir Allahın evinə ayaqqabılı girmək olmaz, daxil olduqdan sonra istehza ilə ora-bura baxaraq hanı bəs Allah deyib.

Hər halda bu qafa ilə İran agenturasının geniş ayaq açdığı Gəncədəki problemləri bu yolla həll etmək olmaz. Bu yolla yalnız insanları daha da qıcıqlandırmaq olar ki, bu da daha çox İranın milli maraqlarına daha çox uyğundur.


Geri qayıt