Əsas Səhifə > Gündəm, Manşet > SƏFƏR ƏBİYEVLƏ BAĞLI YENİLİK: ONA VƏZİFƏ VERİLİR?

SƏFƏR ƏBİYEVLƏ BAĞLI YENİLİK: ONA VƏZİFƏ VERİLİR?


27-11-2013, 10:23
SƏFƏR ƏBİYEVLƏ BAĞLI YENİLİK: ONA VƏZİFƏ VERİLİR?
DİA.AZ: - 22 oktyabr tarixində nazir postundan uzaqlaşdırılan general-polkovnik Səfər Əbiyev yaxın zamanlarda vəzifəyə gətiriləcək. DİA.AZ-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, S.Əbiyevin kənarda qalmayacağı və yeni vəzifə alacağı məsələsi artıq həll olunub. Mənbənin sözlərinə görə, S. Əbiyevə artıq dövlət başçısı tərəfindən bir neçə vəzifə də təklif olunub. Bu vəzifələr sırasında Prezidentin yanında yaradılmış Ali inspeksiya idarəsinin rəisi, Azərbaycanın NATO-dakı təmsilçisi və xarici ölkələrin birində səfir postlarıdır.

Prezident yanında Ali İnspeksiya İdarəsi yaradılsa da, indiyədək ona rəhbər təyin olunmayıb. Bu qurum birbaşa dövlət başçısına tabedir, əsas fəaliyyəti isə güc strukturlarına, müdafiə, təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, daxili qoşunlar, sərhəd qoşunları və digər güc strukturalrına nəzarəti həyata keçirməkdən ibarətdir. S.Əbiyevin bu vəzifəyə təyinatı daha çox gözləniləndir.

NATO yanında daimi nümayəndəliyə gəldikdə isə mənbə bildirib ki, Azərbaycanı bu qurumda təmsil edən general-mayor Səfər Mahmudov Əbiyevin kadrı olmaqla yanaşı, həm də keçmiş müdafiə nazirinin qohumudur.

Mənbə S.Əbiyevin səfir postuna təyinat almasını da istisna etməyib və bildirib ki, onsuz da yeni-yeni ölkələrdə səfriliklərimiz yaradılır və o da bu ölkələrin birində səfir postu ala bilər.

Digər bir variant kimi S.Əbiyevin hökumətdə aparılan struktur islahatları nəticəsində yaradıla biləcək yeni qurumlardan birinə təyinatı ala biləcəyi deyilir. Bu barədə isə DİA.AZ olaraq hələ xeyli əvvəlindən məlumat vermişdik. Söhbət sabiq nazirin Milli Məclis tərəfindən Müdafiə Nazirliyindən ayrılaraq ayrıca bir struktur kimi tanınanacağı gözlənilən Baş Qərargahın rəisi postundan gedir. Xatırladaq ki, bu postu hazırda Səfər Əbiyevin əzəli düşməni kimi tanınan Nəcməddin Sadıqov tutmaqdadır.

Bu arada redaksiyamıza daxil olan bir başqa məlumatlardan aydın olur ki, ciddi şəkildə vəzifə vədi alan Səfər Əbiyev hətta özünün təbliği ilə bağlı da müəyyən qayğıları gözdən keçirməyə başlayıb. Bu fakt isə sabiq nazirə yenidən "stavka" ehtimallarını daha da artırır. Mövzu diqqətimizdədir...

Geri qayıt