Əsas Səhifə > Cəmiyyət > AYAZ MÜTƏLLİBOV POLİS TƏRƏFİNDƏN AXTARILIR
AYAZ MÜTƏLLİBOV POLİS TƏRƏFİNDƏN AXTARILIR1-02-2012, 17:01 |
SABİQ PREZİDENTİN ADI CİNAYƏTKARLARIN AXTARIŞ LÖVHƏSİNDƏDİR Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri, ölkəmizin ilk prezidenti Ayaz Mütəllibov hələ də cinayətkar kimi axtarışdadır. Onun şəkili polis məntəqələrinin qarşısındakı axtarış lövhəsindədir. Səbayel rayonunun Qurban Abbasov küçəsi 18 ünvanda yerləşən (Bayıl marketinin yanında) Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin 2 saylı inzibati sahənin 2 saylı ərazisinin binasının qarşısında axtarışda olanlarla bağlı lövhədə Ayaz Mütəllimovun da şəkili var. Orada apardığımız müşahidələr zamanı məlum oldu ki, axtarış lövhəsində Ayaz Mütəllibovun şəkili 9-cu yerdədir. Lövhəyə vurulan şəkil Ayaz Mütəllibovun 20 il öncə çəkilmiş şəkildir. Şəkilin yanında onun soyadı, özünün, atasının adı ilə yanaşı axtarışda olduğu maddələr və doğulduğu tarix də yazılıb. Onu da qeyd edək ki, həmin lövhədə sabiq prezidentlə birlikdə qəsdən adam öldürməyə cəhd, soyğunçuluq, dələduzluq, oğurluq və digər maddələrlə təqsirli bilinərək axtarışa verilən şəxslərin şəkilləri də var. Onların arasında qadınlar da var. Həmin ərazidə söhbətləşdiyimiz sakinlər vaxtı ilə ölkəmizə rəhbərlik etmiş bir şəxsin şəkilinin dələduzluq, oğurluq və digər bu kimi cinayət törətməkdə təqsirli bilinən şəxslərlə bir yerdə vurulmasına təəssüfləndiklərini bildirdilər. Xatırladaq ki, Azad Mütəllibov ötən ilin avqust ayının 8-də oğlunun vəfat etməsi ilə bağlı Bakıya gəlib və oğlunun yas mərasimində iştirak edib. O, oğlunun 40 mərasimindən sonra 19 il mühacirətdə yaşadığı Moskva şəhərinə qayıdıb. Ayaz Mütəllibov axtarışda olmasına baxmayaraq Bakıda olarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmadı. Ayaz Mütəllibov Bakıda olarkən Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova mətbuata müsahibəsində bildirmişdi ki, Ayaz Mütəllibovun prezident İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb. O, demişdi ki, Ayaz Mütəllibov iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar prezident İlham Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş edib. Şöbə müdiri qeyd etmişdi ki, prezident ölkəmizdə formalaşmış dövlətçilik siyasətinin humanizm prinsipindən və xalqımızın milli adət-ənənələrindən çıxış edərək A. Mütəllibovun oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq verib. Ayaz Mütəllibovun ittiham olunduğu 20 yanvar və Xocalı hadisələri ilə bağlı ilk cinayət işləri AXCP-nin iqtidarda olduğu dövrdə başlanıb. Ötən ilin oktyabr ayında isə Milli Məclisdə “Eks-prezidentlər haqqında” qanun layihəsi 110 deputat lehinə səs verməklə birinci oxunuşda qəbul edilib. Bu qanunun tələbləri Ayaz Mütəllibovun Bakıya gəlməsinə imkan verir. musavat Geri qayıt |