Əsas Səhifə > Cəmiyyət > 1-Cİ LEDİNİN OXUDUĞU MƏKTƏB DƏ PLANA DÜŞDÜ
1-Cİ LEDİNİN OXUDUĞU MƏKTƏB DƏ PLANA DÜŞDÜ29-09-2011, 14:47 |
23 SAYLI MƏKTƏB SÖKÜLƏCƏK Hakimiyyət Bakının mərkəzində - 28 may küçəsində yerləşən 23 saylı məktəbi sökərək yenidən tikmək qərarına gəlib. Valideynlərdən biri Turan-a bildirib ki, bazar ertəsindən bütün şagirdlər başqa yerə köçürüləcək və onlar il ərzində “Gənclik” metro stansiyası ərazisindəki müvəqqəti binada oxuyacaqlar. Lakin məktəbin indiki binasının sağ və sol tərəfindəki memarlıq binaları da söküləcək. Yeni bina yeddimərtəbəli olacaq və pansion da daxil olmaqla, bağı, yardımçı binası olacaq. Bu gözlənilməz və bahalı yenidənqurmanın səbəbi odur ki, dövlət başçısının xanımı Mehriban Əliyeva həmin məktəbdə təhsil alıb. Bundan əvvəl analoji yenidənqurma (iki dəfə) İlham Əliyevin bitirdiyi 6 saylı məktəbdə aparılıb. Bitişik evlərin sakinlərinə gəlincə, onlara təzə binalarda ev təklif olunur. Sakinlərdən biri bildirib ki, söz veriblər ki, birinci xanım “onları incitməyəcək”. Şəhər hakimiyyəti məktəbin sökülməsini şərh etmir və gələcək binanın layihəsini mətbuatdan gizlədir. Bu layihənin xəzinəyə neçəyə başa gələcəyi məlum deyil. Lakin aydın məsələdir ki, söhbət on milyonlarla manatdan gedir. Geri qayıt |