Əsas Səhifə > Ölkə, Manşet > SÖYÜN SADIXOVUN BAKIDA BİZNESİ VAR İMİŞ

SÖYÜN SADIXOVUN BAKIDA BİZNESİ VAR İMİŞ


26-11-2013, 15:03
SÖYÜN SADIXOVUN BAKIDA BİZNESİ VAR İMİŞ
DİA.AZ: - Milyarderlər İttifaqının üzvü Söyün Sadıqovun Bakıda iri broyler fabriki fəaliyyət göstərir. DİA.AZ bildirir ki, bu barədə Savash.org məlumat yayıb. Portala etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, Xocəsən kəndi yaxınlığında yerləşən bu müəssisə inkubator sexlərində damazlıq yumurtalardan cücələrin çıxarılması, yetişdirilməsi və satışı ilə məşğul olur.

Mənbənin dediyinə görə, hazırda fabrikin istehsal gücü ildə 100 minə yaxın quş istehsalıdır. “Şəfalı” broyleri isə Söyün Sadıqovun qardaşı Murad Sadıqov idarə edir. Məlumata görə, Murad Sadıqovu tez-tez Moskvaya gedib-gəlir. Sadıqovun Moskvada yaşayan iş adamıyla (həmin adamın adı bizə bəllidir, müəyyən səbəblərdən adını çəkmirik) Bakıda iri torpaq sahələri də var. Onlar həmin sahədə kotec tipli evlər tikib yaşayış sahələri salmaq fikrindədirlər.

Sadıqovun Azərbaycanın ictimai-siyasi mühitiylə, bəzi aparcı KİV və QHT-lərlə də sıcaq münasibətləri var. Həmin əlaqələr barədə də mənbə çeşidli məlumatilar verib. Bəzi dəqiqləşdirrmələrdən sonra bu barədə də yazını təqdim edəcəyik.

Geri qayıt