Əsas Səhifə > Ölkə, Manşet > SOSİAL MÜDAFİƏ NAZİRLİYİNDƏ KÖHNƏ HAVA ÇALINIR

SOSİAL MÜDAFİƏ NAZİRLİYİNDƏ KÖHNƏ HAVA ÇALINIR


26-11-2013, 13:11
SOSİAL MÜDAFİƏ NAZİRLİYİNDƏ KÖHNƏ HAVA ÇALINIR
SƏLİM MÜSLÜMOV FÜZULİ ƏLƏKBƏROV YOLUNDA

DİA.AZ: - Redaksiyamıza son günlər ƏƏSMN sistemində cərəyan edən olaylarla bağlı məqalə göndərilib. DİA.AZ-a daxil olan həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:

“Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun DSMF sədri Səlim Müslümovla əvəzlənməsindən sonra cəmiyyət bu nazirlikdə baş verən özbaşınalıqların aradan qaldırılmasını gözləsə də, ötən 1 aydan cox zaman kəsiyində heç nə baş verməyib. Nazirlikdəki etibarlı mənbənin verdiyi məlumata görə, yerlərdə istər ünvanlı sosial yardım, istərsə də əlilliyin təyinatı prosesində baş verən korrupsiya hallarının heç biri aradan qalxmayıb. Mənbənin sözlərinə görə bunun başlıca səbəbi S.Müslümovun nazirlikdə idarəetməni ələ ala bilməməsi ilə izah edir.

Belə ki, S.Müslümov nazir təyin olunan kimi dərhal DSMF-nin aparat rəhbəri Əjdər Olu nazirliyə aparat rəhbəri gətirərək ona böyük etimad göstərib. Lakin Əjdər Ol bu etimaddan sui-istifadə edərək nazirliyə məhz özünə sadiq olan adamları yığmaqla məşğuldur. Bu baxımdan yerlərdəki özbaşınalıqlar tamamilə yaddan çıxıb. Bu isə S.Müslümovun F.Ələkbərovun yolu ilə getməsini deməyə əsas verir. Cünki F.Ələkbərov da vaxtilə nazirlikdə bütün idarəetmənin ƏƏSMN-nin keçmiş aparat rəhbəri Elnur Kələntərlinin əlində cəmləşməsinə şərait yaratmışdı, nəticədə keşmiş nazir bütün rıçaqları itirərək aparat rəhbərindən asılı vəziyyətə düşmüşdü. İndi analoji şərait Əjdər Ola yaradaılıb. Yeri gəlmişkən istər Əjdər Ol, istərsə da Elnur Kələntərli Azərbaycanda yeganə şəxslərdir ki, mətbuat xidməti vəzifəsindən aparat rəhbəri vəzifəsinə qalxa biliblər. Əjdər Ol Maliyyə Nazirliyininin mətbuat xidməti vəzifəsindən DSMF-yə aparat rəhbəri, E.Kələntərli isə ƏƏSMN-nin mətbuat xidmətindən elə bu nazirliyin aparat rəhbərliyinə gətirilmişdi.

Nazirlikdəki mənbə vurğulayıb ki, E.Kələntərliyə yaradılan şərait eynilə Əjdər Ola yaradılıb. Cəmiyyətdə mənfi imicə və qaranlıq tərcümeyi-hala malik olan Əjdər Ol nazirlikdə əsl söz sahibinə çevrilib. Burada hamı onun havası ilə oynamağa başlayıb. Başı nazirliyin daha qlobal problemlərinə qarışan S.Müslümov məsələnin ciddiliyinin fərqində deyil. Mənbə iddia edir ki, nazirliyə yeni təyinat alan şəxslərin demək olar ki, hamısı Əjdər Olun adamlarıdır. Bu sırada vaxtilə Səlim Müslümovun qəzəbinə gəlib DSMF-də işdən kənarlaşdırılan şəxslər də var. Əjdər

Ol özünə yaxınlığı ilə seçilən həmin şəxsləri ƏƏSMN-də vəzifəyə gətirməyi bacarıb. Növbəti yazılarımızda həmin şəxslərin kimliyini açıqlayacağıq”...

Məqalə ilə bağlı maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt