Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARI İLƏ BAĞLI YEKUN QƏRAR VERİLİB

İCRA BAŞÇILARI İLƏ BAĞLI YEKUN QƏRAR VERİLİB


26-11-2013, 11:52
İCRA BAŞÇILARI İLƏ BAĞLI YEKUN QƏRAR VERİLİB
DEKABR AYININ İLK ON GÜNLÜYÜNDƏ DƏYİŞİKLİK OLACAQ: YENİLİK VAR

DİA.AZ: - Prezident seçkilərindən sonra bir neçə rayonun icra başçılarının vəzifələrindən azad ediləcəyi, bəzilərinin isə yerlərinin dəyişdiriləcəyi xəbəri yaılsa da, hələ də sözügedən istiqamətdə hərəkətlənmə yoxdur. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki etibarlı mənbəmiz iddia edir ki, dekabr ayının ilk dekadasında icra başçılarının növbəti «yarpaq tökümü»nüə start veriləcək.

Mənbənin söylədikləri: «Olduqca genişmiqyaslı «ələmə prosesi» başlayır. Hakimiyyət demək olar ki, əksər yerlərdəki rəhbərləri dəyişdirməyi qət edib. Eyni zamanda Naxçıvandakı rayonlarımızın da bəzilərinin rəhbərləri dəyişdiriləcək».

Mənbə bildirir ki, bu zaman ayrı-ayrı oliqarxların kuratorluğu məsələsi də sarsılmış olacaq: «Əslində hələ bu ilin əvvəlindən rayonların oliqarx-məmurlar arasında paylaşdırılma mexanizmasının ləğvi qərarlaşdırılmışdı. Amma sonradan bu qərardan imtina olundu. İndi isə icra başçıları ilə bağlı yeni «ələmə» mərhələsində qeyd olunan məqama xüsusi önəm veriləcək. Yəni artıq «filan rayona filan məmur baxır» məsələsi darmadağın olacaq. Necə ki, zamanında, hakimiyyətinin ilk günlərində İlham Əliyev qəti surətdə regional qruplaşmaları sıradan çıxardı, eləcə də eyni qaydada məmur kuratorluğunun ləğvi nəzərdə tutulub. Amma buna paralel olaraq bölgələr üzrə məsuliyyət bölgüsünün aparılması gündəmdədir».

Geri qayıt