Əsas Səhifə > Hadisə > GÖYÇAYDA QAZ KƏMƏRİNİ İRAN PARTLADIB?

GÖYÇAYDA QAZ KƏMƏRİNİ İRAN PARTLADIB?


1-02-2012, 13:16
GÖYÇAYDA QAZ KƏMƏRİNİ İRAN PARTLADIB?

BU TƏXRİBAT MOLLA REJİMİNİN SİFARİŞİ OLA BİLƏR

Yanvarın 30-da Göyçay rayonu ərazisində yüksək təzyiqli qaz kəmərinin partladılması ilə bağlı araşdırmalar davam edir. Hələlik kəmərdə baş verən partlayışın səbəbləri məlum olmasa da bir neçə versiya var. Hazırda faktla bağlı araşdırmaların aparıldığı bildirilsə də, hansı versiyalar üzərində işləndiyi barədə açıqlama verilmir.

Kəmərdə baş verən partlayışın təxribat olması barədə qeyri-rəsmi məlumatlar da yayılıb. Məlumata görə, hadisə bilərəkdən törədilib. “OLAYLAR”ın məlumatına görə, olayda Iran amili istisna edilmir. Məlumatı mənbə bildirir ki, kəmərin partladılması İran tərəfinin də təxribatı ola bilər. Son vaxtlar İrandan Azərbaycana casusların keçməyə cəhdi, bu cəhdin qarşısının alınması da versiyanı inandırıcı edir. Digər versiya isə kəmərdə bir neçə dəfə qaz sızmasının müşahidə edilməsi ilə bağlı yayılan xəbərlərdir. Məlumata görə, kəmərdə sızmanın olması faktını yaxınlıqdakı yaşayış məntəqəsinin sakinləri görüb və bu barədə aidiyyəti qurumlara məlumat veriblər.

Məsələ ilə bağlı “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadığından hadisə ilə bağlı yeni məlumat ala bilmədik. Xatırladaq ki, bu Göyçay rayonunda baş verən üçüncü yanğın hadisəsidir.


Geri qayıt