Əsas Səhifə > Ölkə, Manşet > QƏRİB MƏMMƏDOV VƏZİYYƏTDƏN NECƏ YARARLANIR?
QƏRİB MƏMMƏDOV VƏZİYYƏTDƏN NECƏ YARARLANIR?25-11-2013, 14:46 |
KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIR DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ilginc olaylar baş verməkdədir. Bu barədə DİA.AZ-a komitədəki mənbələr məlumat verib. Qaynaq bildirir ki, 22 oktyabr tarixində təkrar olaraq vəzifəsinə təsdiqlənən Qərib Məmmədov indi də əlinin altındakı işçilərini bərkə-boşa çəkməkdədir. Mənbənin söylədikləri: «Qərib Məmmədov hətta dövlət komitəsinin bu gün mütəxəssis kimi ehtiyacında olduğu vəzifəlilər qarşısında da öhdəlik qoyub. Hər kəs vəzifəsinin müqabilini ödəməlidir». Mənbə iddia edir ki, Qərib Məmmədov yaxın günlərdə total kadr islahatlarına başlayacaq və bu situasiyadan gəlirlə çıxmaq istəyən komitə sədri hazırda DTXK-də çalışan məmurlar qarşısında tələb qoyub: «Əslində Qərib Məmmədov işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən almalıdır. Yəni onun qarşısında «yuxarılar» tərəfindən qoyulan təlimat belədir. Amma Qərib Məmmədov hər bir vəzifəyə konkret qiymət qoyub. Və həmin məbləği gətirməyənlər «kadr islahatları dalğası» adı altında vəzifələrindən alınacaqlar». Mənbəmiz bu arada maraqlı bir məqama da diqqət çəkdi: «Vəziyyət elədir ki, bu gün istənilən bir nazirin, komitə sədrinin hansısa işçisini vəzifəsindan haqlı və yaxud da haqsız azad etməsi ictimai dəstək qazanır. Yəni mətbuatda bu hadisə «filan nazir də kadr islahatına getdi» başlığı ilə təqdim olunduğundan, rəhbərlər üçün münbit şərait yaranıb. Və bu situasiyadan istifadə etməyə çalışan Qərib Məmmədov çox ciddi summanın əldə olunmasına iddialıdır». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |