Əsas Səhifə > Partiya > "MİLLİ ŞURADA NARAZILIQLARI MÜSAVAT YARADIR"

"MİLLİ ŞURADA NARAZILIQLARI MÜSAVAT YARADIR"


25-11-2013, 13:18
"MİLLİ ŞURADA NARAZILIQLARI MÜSAVAT YARADIR"
“Milli Şura barəsində narazılıq subyektiv xarakter daşıyır. Bu narazılıqlar, bir çox halda Müsavat Partiyası tərəfindən yaradılır”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

Onun sözlərinə görə, Müsavat Partiyası Milli Şura yaranan mərhələdə və daha sonra proseslərə olduqca ehtiyatla yanaşır ki, bu da kənardan narazılıq kimi görünür: “Buna təbii baxmaq lazımdır. Çünki Müsavat strukturları, mübarizə strategiyası olan partiyadır. Bəzən, bunlar Milli Şuranın strategiyası, fəlsəfəsi ilə üst-üstə düşməyəndə, müəyyən fikir ayrılığı yaranır. Lakin Milli Şurada birlik var və hamı qurumun güclənməsi, fəaliyyətini davam etməsi istiqamətində fikir yürüdür”.

Geri qayıt