Əsas Səhifə > Hadisə > İRANLI DEPUTAT AZƏRBAYCANI HƏDƏLƏDİ

İRANLI DEPUTAT AZƏRBAYCANI HƏDƏLƏDİ


25-11-2013, 12:49
İRANLI DEPUTAT AZƏRBAYCANI HƏDƏLƏDİ
İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin müdiri Əhməd Əhmədzadənin viza müddətinin başa çatması səbəbindən Azərbaycandan çıxarılması Tehranla Bakı arasında diplomatik səs-küyə səbəb olub. Mədəniyyət Mərkəzinin sədri cənab Nuri Hafta.az-a bu barədə açıqlama verməyin səfirliyin səlahiyyətlərinə aid olduğunu desə də, səfirlik hələlik məsələnin müəmmasına aydınlıq gətirmək niyyətində deyil. Səfirlikdən də bildirdilər ki, «bu barədə açıqlama sonra veriləcək». Buna baxmayaraq, artıq İranın rəsmi orqanları öz sözlərini deməyə başlayıblar. İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr əvəzi Mənsur Həqiqətpur birbaşa Azərbaycan rəhbərliyini hədələyib və bildirib ki, onlar xarici qüvvələrin təsirinə düşən dünyanın bir sıra rəhbərlərinin aqibətindən dərs götürməlidirlər: «Əgər Azərbaycan hökuməti Amerika və İsraili himayə etməkdən əl çəkməzlərsə, aqibəti süqut etməklə nəticələnəcək». «Fars» xəbər agentliyinə müsahibəsində bu məqama toxunan Həqiqətpur Azərbaycan hökuməti iranlı işçilərin ölkədən çıxarılması, İranın Bakıdakı bəzi nümayəndəliklərinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində qərarlarını rəsmi Bakınnı hegemonluq istəyi kimi xarakterizə edib.
Geri qayıt