Əsas Səhifə > Ölkə, Manşet > DÖVLƏT KOMİTƏSİ DİNİ TƏRİQƏTLƏRƏ QARŞI ADDIM ATDI

DÖVLƏT KOMİTƏSİ DİNİ TƏRİQƏTLƏRƏ QARŞI ADDIM ATDI


25-11-2013, 12:19
DÖVLƏT KOMİTƏSİ DİNİ TƏRİQƏTLƏRƏ QARŞI ADDIM ATDI
BAKIDAKI GİZLİ TƏRİQƏT YUVALARI İLƏ BAĞLI

DİA.AZ: - Təkcə paytaxt Bakıda ayrı-ayrı dini təriqətlərə məxsus yüzlərlə gizli dərsxananın olduğu faktdır. Və artıq bu fakt üzrə dövlətin hərəkətə keçəcəyi söylənilir.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi adından hüquq-mühafizə orqanlarının rəhbərlərinə - daxili işlər və milli təhlükəsizlik nazirliklərinə xüsusi müraciət hazırlanır.

Mənbə iddia edir ki, hazırlanan müraciətdə Bakıda 400-dən artıq gizli dini təriqət ocağı ilə bağlı məlumat verilməklə yanaşı, onlar barəsində ölçü götürülməsi də xahiş olunur: «Müraciətdə göstərilir ki, həmin «ibadət yerləri» əslində Azərbaycan vətəndaşları üçün təhlükəli məntəqələrdir və onların fəaliyyətləri qanunsuzdur».

Onu da bildirək ki, dövlət komitəsi bu vaxta qədər yerli icra hakimiyyətinlərinə həmin təhlükəli məntəqələrlə bağlı müraciətlər edib. Amma heç bir tədbir görülməyib. Ən təhlükəli durumun isə Yasamal rayonu ərazisində hökm sürməsi faktdır.

Geri qayıt