Əsas Səhifə > Cəmiyyət > FEVRALIN 5-DƏK HAVALAR ŞAXTALI OLACAQ

FEVRALIN 5-DƏK HAVALAR ŞAXTALI OLACAQ


1-02-2012, 12:20
FEVRALIN 5-DƏK HAVALAR ŞAXTALI OLACAQ

YENƏ DƏ SOYUQ QIŞ GÜNLƏRİ PROQNOZLAŞDIRILIR

Fevralın 1-də axşamdan başlayaraq yenidən hava şəraitinin daha da kəskinləşəcəyi, 2-də temperaturun ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı, şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yollar buz bağlayacaq. Bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. Şaxtalı hava şəraitinin fevralın 5-dək davam edəcəyi gözlənilir.

Fevralın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən daha da kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 3-də gecə və axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin gecə arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyinin əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 2-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta. Olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 3-4-də bölgələrdə fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayın 3-də gündüz qərb rayonlarında, 4-də gündüz şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək, Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.


Geri qayıt