Əsas Səhifə > Hadisə > SUMQAYITDAN BAKIYA GƏLƏN AVTOBUS YANDI

SUMQAYITDAN BAKIYA GƏLƏN AVTOBUS YANDI


25-11-2013, 11:05
SUMQAYITDAN BAKIYA GƏLƏN AVTOBUS YANDI
Azərbaycanda sərnişin avtobusu yanıb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb.

Yanğın 1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt