Əsas Səhifə > Siyasət, Manşet > «AZƏRİTTİFAQ» ŞEFİNİN QARANLIQ TƏYİNATI

«AZƏRİTTİFAQ» ŞEFİNİN QARANLIQ TƏYİNATI


1-02-2012, 11:53
«AZƏRİTTİFAQ» ŞEFİNİN QARANLIQ TƏYİNATI

NƏDƏN ELDAR QULİYEV REKTOR TƏYİN EDİLMƏSİNİ MƏTBUATDAN GİZLƏDİR?

DİA.AZ: - Redaksiyamıza «Azərittifaq»ın sədri Eldar Quliyevlə bağlı çox ilginc faktlar daxil olub. Bildirək ki, keçən il bir sıra mətbu orqanlarla problem yaşayan Eldar Quliyev həmin ərəfədə KİV üçün bir nömrəli hədəflərdən biri hesab edildi və sonradan «Azərittifaq» rəhbərinin geri çəkilməsi münasibətlərdəki gərginliyin səngiməsi ilə müşaiyət olundu.

Amma deyəsən, yenidən vəziyət gərginləşə bilər. Bu barədə redaksiyamıza daxil olan informasiyalardan da aydın olur ki, Eldar Quliyevin rəqibləri yenidən mətbuatda ona qarşı kampaniya aparmağı planlayırlar və «Azərittifaq» şefinin əleyhinə işləyəcək çox ciddi kampramat xarakterli materiallar artıq bir sıra qəzetlərə ötürülüb.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) hökumət içindəki qaynaqlardan daxil olan bir başqa məlumat isə maraqlılıq səbəbindən diqqətimizi cəlb etdi. Məlum olur ki, sən demə, bir neçə gün əvvəl, təxminən bir ay olar ki, Eldar Quliyev Kooperasiya Universitetinə rektor təyin edilib, amma bu məlumatın hansısa səbəblərə görə mətbuatdan gizli tutulmasına çalışılır.

Mənbəmiz bildirir ki, hətta xəbəri alıb, onu Eldar Quliyevlə dəqiqləşdirmək istəyən bir sıra qəzetçilər müxtəlif şirnikləndirici təkliflər hesabına olayın ict imailəşməsinin qarşısını alıblar.

Mənbəmiz bildirir ki, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altında olan Eldar Quliyev Kİ-yə də məhz onun xeyir-duası ilə rektor təyin edilib. Amma bu da son deyil. Əldə etdiyimiz xəbərlərə görə, Kooperasiya Universitetində rəhbərliyi ələ alan «Azərittifaq» rəhbəri qardaşı qızı Fatma xanımı da Kooperasiya Kollecinə direktor təyin edib. Bəlkə də buna görədir ki, artıq rəqiblərinin hədəfinə çevrilən Eldar Quliyev artıq ilk günündən ailə podratına çevirdiyi «kooperasiya şəbəkəsi»ndəki yüksəlişini gizlətməyə çalışır.

Xatırladaq ki, dünənə qədər Kooperasiya Universitetinə Eldar Zülfüqarov rəhbərlik edib.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Akif BƏDƏLOV

Geri qayıt