Əsas Səhifə > Dünya > BÖYÜK BRİTANİYA DAĞILMA ƏRƏFƏSİNDƏ

BÖYÜK BRİTANİYA DAĞILMA ƏRƏFƏSİNDƏ


25-11-2013, 10:52
BÖYÜK BRİTANİYA DAĞILMA ƏRƏFƏSİNDƏ
Şotlandiya Böyük Britaniyanın tərkibindən çıxış tarixini açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əgər şotlandiyalıların əksəriyyəti gələn ilin sentyabrın 18-də referendumda Böyük Britaniyadan ayrılmağa səs versələr 2014-cü ilin martın 24-də Şotlandiya Müstəqillik Gününü qeyd edəcək.

Sabah yerli hökümət Edinburqda “Ağ kitab”ı- Birləşmiş Krallığın bu hissəsinin ayrıca dövlətə çevrilməsi perspektivi haqqında sənədlər toplusunu təqdim edəcək. “Bu müstəqilliyin iqtisadi, sosial və demokratik prinsiplərini aşkar edən sənəddir.

Bu sənəd Şotlandiyanın iqtisadi cəhətdən güclü tərəflərini ifadə edir və müstəqilliyin əldə edilməsi prosesini təsvir edir”,- deyə Şotlandiyanın birinci nazirinin müavini Nikola Starcon bildirib.

Starcon əhalini 670 səhifəlik bu sənədlə tanış olmağa çağırıb. Şotlandiya höküməti “Ağ kitab”ı həm çap formasında, həm də elektron formada yayacaqlar. Çap formasının artıq 20 min nüsxəlik birinci tirajı hazırdır.

Geri qayıt