Əsas Səhifə > Hadisə > GƏNCƏ BAZARI YANDI

GƏNCƏ BAZARI YANDI


1-02-2012, 11:15
GƏNCƏ BAZARI YANDI

DÜKAN SAHİBLƏRİNƏ KÜLLİ MİQDARDA ZƏRƏR DƏYİB

Gəncə şəhər Mərkəzi Bazarında yanğın olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yanğın bu gün saat 05.00 radələrində bazarın geyim və digər əşyalar satılan hissəsində baş verib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, dükan sahiblərinə külli miqdarda ziyan dəyib.

Yanğının söndürülməsinə Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl və Şəmkir rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib. Təxminən 3 saat ərzində yanğınsöndürmə briqadaları yanğını söndürə biliblər.

Yanğın nəticəsində ümumi sahəsi 15 min kvadrat olan bazarın 2 min kvadratmetri tamamilə yanıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


Geri qayıt