Əsas Səhifə > Dünya > EKS-PREZİDENTİN QARDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR

EKS-PREZİDENTİN QARDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR


14-09-2011, 15:04
EKS-PREZİDENTİN QARDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR

“HAZIRDA BU CİNAYƏTDƏ ƏLİ OLAN BƏZİ ŞƏXSLƏRİN SAXLANMASI ÜZRƏ İŞ GEDİR"

Qırğızıstan Prezidenti Administrasiyasının keçmiş rəhbəri Mədət Sadırkulovun qətlinin sifarişçisi və təşkilatçısı ölkənin eks-prezidenti Kurmanbek Bakiyevin qardaşı, Dövlət Mühafizə Xidmətinin keçmiş sədri Janış Bakiyevdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "KirTAQ" agentliyinə daxili işlər nazirinin müavini Melis Turqanbayev bildirib.

"İndi həqiqətən məlumdur ki, bu hay-küylü qətlin təşkilatçısı və sifarişçisi Qırğızıstanın eks-prezidentinin qardaşı Janış Bakiyevdir. Hazırda bu cinayətdə əli olan bəzi şəxslərin saxlanması üzrə iş gedir", - Turqanbayev deyib.

Nazir müavininin dediyi kimi, güc strukturlarının bəzi keçmiş rəhbərləri bu cinayətin törədilməsində şübhəli bilinərək saxlanılıblar. Onların arasında sərhəd xidmətinin keçmiş sədri Zamir Moldoşev də var. Lakin hələlik ona qarşı ittiham irəli sürülməyib.

2009-cu il martın 13-də Bişkekdən 25 kilometr aralıda yerləşən Koy-Taş kəndi yaxınlığında yanmış "Lexus" və "Audi" markalı avtomobillər aşkar olunub. "Lexus"dan Sadırkulovun, Beynəlxalq Starteji Araşdırmalar İnstitutunun eks-direktoru Sergey Slepçenkonun və sürücü Kubat Süleymanovun yanmış cəsədləri tapılıb. İstintaq maşınların yol qəzası nəticəsində yandığını ehtimal edib. Yol qəzasında "Audi"nin sürücüsü günahlandırılıb.

Sadırkulov Qırğızıstanın ən nüfuzlu siyasi xadimlərindən biri olub, bir vaxtlar onu "boz kardinal" adlandırıblar. 2009-cu il yanvarın 8-də o, hələ 2008-ci il dekabrın 30-da verdiyi ərizə əsasında istefaya göndərilib. 2009-cu il yanvarın 19-da isə o, Qırğızıstan DİN-ə rəhbərlik etməkdən imtina edib. O zaman Sadırkulovun Prezidenet Kurmanbek Bakiyevə qarşı müxalifətə keçdiyi barədə ehtimallar irəli sürülürdü.

Geri qayıt