Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVUN BİZNES GİZLİNLƏRİ

KƏRƏM HƏSƏNOVUN BİZNES GİZLİNLƏRİ


1-02-2012, 11:00
KƏRƏM HƏSƏNOVUN BİZNES GİZLİNLƏRİ

ƏMLAK KOMİTƏSİ İNVESTİSİYA MÜSABİQƏLƏRİNİN NƏTİCƏLƏRİNİ AÇIQLAMIR

DİA.AZ: - 2011-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 57 milyon manat daxil olub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məlumat verilib. 2011-ci ildə Azərbaycanda 750 kiçik özəlləşdirmə obyekti özəllləşdirilib: qeyri-yaşayış sahələri, ticarət, məişət obyekləri, avtonəqliyyat vasitələri və s.

Dövlət müəssisələrinin bazasında 10 səhmdar cəmiyyəti təsis edilib. Pul və çek hərraclarında 30 ASC-nin səhmləri satılıb. İl ərzində investisiya müsabiqələrində 100 ASC-nin səhmləri satılıb. İnvestorlar bu müəssisələrə 90 mln manat investisiya qoymaq öhdəliyi götürüb. Bu yolla özəlləşdilrilən müəssislərin modernləşdirilməsi üçün 60 mln manat vəsait qoyulub. Cəmi bu ilin əvvəli üçün investisiya müsabiqələri ilə özəlləşdirilən müəssisələrə 540 mln manat investisiya qoyulub.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirib ki, 2011-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilən 5 müəssisənin səhmləri qaliblərə keçib. Maraqlıdır ki, bu müsabiqələrin bir çoxunun nəticələrini ƏMDK açıqlamayıb. 2011-ci ildə «götürülən öhdəliklərin deyilən vaxtda icrasına görə» «Bakı Ağırlaşdırıcılar», «Gəncə Dəyirman», «Xırdalan Ət», «Salyan-Taxıl» ASC-lərin səhmlərinə mülkiyyət hüququ eləcə də «Zeyxur» SES-də 100%-lik pay onların özəlləşdirilməsi üzrə müsabiqə qaliblərinə keçib. Amma özəlləşdirmə prosesində şəffaflıq tələblərinə və investisiya müsabiqələrinin keçirilməsi qaydalarına zidd olaraq, ƏMDK «Gənce Dəyirman» (61%), «Xırdalan Ət» (100%) və «Salyan-Taxıl» (30%) səhmlərinin satışı üzrə müsabiqələrin nəticələrini açıqlamayıb. ƏMDK bunun səbəbini də açıqlamağa lüzum görməyib.

Qeyd edək ki, mətbuat təmsilçiləri investisiya müsabiqələrinə buraxılmır. Ölkə prezidentinin 2006-cı il tarixli fərmanı ilə baş nazir Artur Rasizadənin sədrliyi ilə Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyası yaradılıb. Amma indiyəcən bu komissiya haqda əsasnamə təsdiq edilməyib və o, bir dəfə də olsun yığışmayıb.

DİA.AZ - Ziya Yusifov KƏRƏM HƏSƏNOVUN BİZNES GİZLİNLƏRİ

Geri qayıt