Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTAT İRANDAN GİLEY ETDİ

YAP-ÇI DEPUTAT İRANDAN GİLEY ETDİ


22-11-2013, 13:06
YAP-ÇI DEPUTAT İRANDAN GİLEY ETDİ
“İran blokada olan əraziyə yardım etmək əvəzinə problem yaradır. İndi də yüksək tonnaj məsələsini ortaya atıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov İranın sərhədləri bağlamasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, İran tərəfindən Naxçıvana gedilən avtomobillərin hərəkəti azaldılıb: “Mən Naxçıvanda seçilən millət vəkiliyəm. İran blokada olan əraziyə yardım etmək əvəzinə problem yaradır. İndidən yüksək tonnaj məsələsini ortaya atıb. Naxçıvana yük daşınmasını məhdudlaşdırıb. Blokada şəraitində olan Naxçıvanın İranın gündə bir şərt qoyması, sutkalarla camaatı sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur. Əhali pis vəziyyətdə qalır. Bu gün XİN İran qarşısında ciddi tələblər qoymalıdır. Bildiyimə görə bu gün parlamentlərarası dostluq qruplarının görüşü var. Mən istəyirəm ki, bu görüşdə problemləri müzakirə etsinlər”.

Spiker Oqtay Əsədov bildirib ki, sərhədlər açılıb: “Danışıqlar gedir . Yaxın zamanlarda həllini tapacaq”.

Geri qayıt