Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR ŞOK: İCRA BAŞÇISI SAXTA HESABAT VERİB

DAHA BİR ŞOK: İCRA BAŞÇISI SAXTA HESABAT VERİB


22-11-2013, 12:38
DAHA BİR ŞOK: İCRA BAŞÇISI SAXTA HESABAT VERİB
SUMQAYIT İCRA HAKİMİYYƏTİ ADINDAN VERİLƏN HESABATDA YEYİNTİ İZİ

DİA.AZ: - Redaksiyamıza daha bir icra hakimiyyəti ilə bağlı ilginc məlumat daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbədən aldığımız informasiyada bildirilir ki, Sumqayıt şəhər icra hakimiyyətinin 2013-cü ilin yekunları ilə bağlı verdiyi maliyyə hesabatlarında müvafiq dövlət qurumlarının ekspertləri tərəfindən saxtakarlıqlar ifşa olunub.

Xatırladaq ki, buna qədər daha bir neçə rayonun sənədlərində oxşar faktlar aşkarlanmışdı. Məlumatı verən mənbə iddia edir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov artıq bu məsələ ilə əlaqədar paytaxta çağrılıb.

Mənbənin söylədikləri: «Burada çox ciddi yeyinti faktından söhbət gedir. Və ən acınacaqlısı isə odur ki, hesabat sənədləri qeyri-peşəkarcasına hazırlandığından hətta həmin yekun aktları ekspert olmayan birisi belə təftiş edərsə, böyük yeyintini, korrupsiyanı aşkara çıxara bilər».

Məlumatı verən qaynaq iddia edir ki, bu faktla əlaqədar Eldar Əzizovun sorğu-suala tutulacağı şübhəsizdir: «Onun hakimiyyətdəki müdafiəçiləri də arxasından geri çəkilib. Və bu da vəziyyəti kifayət qədər dəyişkən etməkdədir».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt