Əsas Səhifə > Cəmiyyət, Manşet > VİLYAM HACIYEVLƏ BAĞLI DAHA BİR FAKT

VİLYAM HACIYEVLƏ BAĞLI DAHA BİR FAKT


31-01-2012, 17:08
VİLYAM HACIYEVLƏ BAĞLI DAHA BİR FAKT

İCRA BAŞÇISI QARDAŞINI HƏBSDƏN SON ANDA NECƏ QURTARDI?

DİA.AZ: - Adı bir çox korrupsiya hallarında hallandırılan Samux rayon icra hakimiyyətinin başçısı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyevlə və onun yaxın qohumları ilə bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Xatırladaq ki, Vilyam Hacıyev hazırda ən çox barəsində şikayət olunan icra başçılarından biri kimi d çıxarıb. Bundan əlavə onun eyni zamanda yerli sahibkarların əmlakını fırıldaq yolu ilə taladığı da məlumdur ki, bu iş üzərə də dəfələrlə müxtəlif məhkəmə instansiyalarına müraciət edilib.

Xatırladaq ki, bir müddət əvvəl Samuxun icra başçısı rayon sahibkarlarından birinə - Samux Asfalt Beton zavodunun sahibi Nəsrulla Nəzərova 491 min manat pul «atması» səbəbində məhkəməyə verilib. Doğrudur, əlndəki administrativ rıçaqlar hesabına, bir məhkəmə instansiyasını udan Vilyam Hacıyevin hansı əhəmiyyətdə suç sahibinin olmasını daha yuxarı məhkəmə orqanlarıda sübuta ehtiyacı var.

Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, Vilyam Hacıyev eyni zamanda qardaşının da fırıldaqlarını ört-basdır etmək zorunda qalıb. Bu barədə daxil olan məlumatlarda deyilir ki, icra başçısının Eldar adlı qardaşı son günlərə qədər «KapitalBank»ın Göygöl rayonundakı filialının rəhbəri olub. Lakin bu filialda aparılan yoxlamalar nəticəsində məyyən olunub ki, Eldar Hacıyev banka aid 280 min manat pulu mənimsəyib.

Mənbəmizin bildirdiyinə görə, bundan sonra icra başçısının qardaşı «silis»ə çəkilib və hətta onun həbs olunma təhlükəsi də yaranıb. Lakin sonradan Vilyam Hacıyev qardaşının çulunu sudan quru çıarmağa müvəffəq olub: «Eldar Hacıyev bir ay əvvəl «KapitalBank»dan qovulub. Onun həbsi istənilsə də, daha uzun əllərə sahib olan Vilyam Hacıyev nəinki qardaşını qurtara bilib, hətta bu işi obyektiv şəkildə aparmaq istəyən Göygöl rayonunun prokruoru Füzuli Hüseynovun da vəzifədən uzaqlaşdırılmasına nail olub».

Mənbəmiz bildirir ki, bu gün Vilyam Hacıyevin arxasında hakimiyyət içində qərarlaşmış kriminal qüvvələr dayanır: «Əslində həmin qüvvələrin özləri hədəfdədir. Amma hələ də icra başçısını himayə edən qüvvələr güclü mövqedə olduqlarından nəinki Vilyam Hacıyevin, hətta yaxınlarının da cinayət əməlləri ört-basdır edilir».

Araşdırmalarımız davam edir. Bizi izləyin…


Geri qayıt