Əsas Səhifə > Güney Press, Araşdırma > HACIQABULDA ÖLÜLƏRİN DƏ CİBİNƏ GİRİRMİŞLƏR

HACIQABULDA ÖLÜLƏRİN DƏ CİBİNƏ GİRİRMİŞLƏR


21-11-2013, 15:47
HACIQABULDA ÖLÜLƏRİN DƏ CİBİNƏ GİRİRMİŞLƏR
DSMF-nin müdiri Hacıağa Qasımovun rayonda bazar açdığı deyilir Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Hacıqablu rayonu üzrə şöbəsində əsl bazar hökm sürür. Bolgexeber.com-a verilən məlumata görə, şöbənin müdiri Hacıağa Qasımov tərəfindən yaradılmış bu bazarda hər bir işin ayrıca qiyməti var. Belə ki, Hacıqabulda pensiya almaq istəyənlər yekunda Qasımovun «bığının altından» keçməlidirlər. Bu zaman pensiyaçı olmaq istəyənlərdən heç də az məbləğ istənilmir. Məsələn, əlavə staj sahibi olub, daha çox təqaüd almaq istəyənlər 2000 manat verməlidirlər. Əgər əmək staji yerindədirsə, vətəndaş bunun üçün Hacıağa Qasımova 1000 manatdan aşağı pul təklif edərsə, qəbul edilmir. Amma işin əcaib tərəfləri də var. Məsələ belədir ki, Hacıqabulda dünasını dəyişmiş şəxslərin ailələrinə dövlət tərəfindən verilməli olan birdəfəlik yardımların böyük qismi ünvanına belə çatmır. Daha doğrusu, başına gələn hadisədən sonra qonaq-qaranı qarşılayan vətəndaş, öz dərdindəykən pul haqqında düşünmür. Bu da Hacıağa Qasımovun işinə yarayır. Çünki başı qarışıq olan rayon sakininin ölüm haqqında arayış djüzəldib, DSMF-yə təhvil verməsi xeyli yubanır. Yekunda isə dünyasını dəyişmiş həxsin ailəsinə verilməli olan 300 manat pulun ya hamısı mənimsənilir, ya da yarısı vətəndaşa verilir.Qeyd edək ki,əməkdaşımız məsələ ilə bağlı münasibətini öyrənmək üçün Hacıağa Qasımovla əlaqə saxlamışdır.Lakin o münasibət bildirmək əvəzinə bizi təhdid etmiş və təcili olaraq təkzib verməyimiz tələb etmişdir.Hacıağa Qasımovun nəzərinə çatdırırq ki,mətbuat orqanı ilə belə hökm şəklində danışmaq mənasızdır. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Geri qayıt