Əsas Səhifə > Üçüncü sektor > SOSİAL MEDİA ÜZRƏ ZƏNGİN SAYT YARADILIB

SOSİAL MEDİA ÜZRƏ ZƏNGİN SAYT YARADILIB


31-01-2012, 14:57
SOSİAL MEDİA ÜZRƏ ZƏNGİN SAYT YARADILIB

İSTİFADƏÇİLƏR SOSİAL DƏYİŞİKLİKLƏR YARADA BİLƏR

Rəqəmsal İnkişaf İB-yi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə Sosial Media üzrə bütün alətlərin bir yerdə cəmləndiyi və 300 səhifədən çox materialı özündə əks etdirən çox zəngin resursa malik olan internet resursu istifadəyə verib.

Bundan savayı, Rəqəmsal İnkişaf İB-yi Azərbaycanda “WordPress” bloq servisinin 3-cü versiyasının Azərbaycan dilinə tam tərcüməsini həyata keçirib. Hazırda servisin üzərində bəzi işlər görüldüyündən hələ istifadəyə verilməyib. Yaxın günlərdə bütünlüklə istifadəyə veriləcək.

Veb səhifədə yeni media alətlərinin istifadəsi haqqında, internetdə olan xidmətlərin məhsuldarlığını və funksionallığını artıran veb alətlərlə isitifadəçiləri tanış edən zəngin məlumatlar yerləşdirilib.

Istifadəçilər bu alətlərdən istifadə edərək cəmiyyətdə və həyatlarında sosial dəyişikliklər yarada bilər.

Eyni zamanda, Sosial Media www.sosialmedia.net veb resursunda - QHT-lər üçün faydalı məsləhətlər, hamını istifadə edə biləcəyi 11 açıq mənbə, uğurlu elektron kitab nəşri üçün bələdçi, dünyanızı dəyişmək üçün sizə kömək edəcək 9 veb platforma, jurnalistlər üçün sosial mediadan istifadənin yolları, 9 onlayn ərizə alətləri ilə dəyişikliyə necə nail olmalı, bloqları təhlil etmək üçün 9 statistika növləri, Sosial Media vasitəsilə vəsait toplamağın 24 yolu, jurnalistlər üçün Twitter-ə aid 6 məsləhət, qeyri-kommersiya qurumları üçün maraqlı video çarx hazırlamağın 4 yolu və bir çox bir-birindən dəyərli məlumatlar yer alıb.

Veb resursun bu yaxınlarda Sosial Media üzrə internet portalına çevrilməsi planlaşdırılır. Buna görə də portal üçün Sosial Media üzrə köşə yazısı yazmaq istəyənlər müraciət edə bilərlər.


Geri qayıt