Əsas Səhifə > Ölkə > ATLAR ÜÇÜN 305 MİN MANAT XƏRCLƏYİBLƏR
ATLAR ÜÇÜN 305 MİN MANAT XƏRCLƏYİBLƏR31-01-2012, 14:46 |
HÖKUMƏTİN XİDMƏTİ HEYVANLARA XƏRCLƏDİYİ PULLARIN ŞOK STATİSTİKASI Satınalmalar üzrə Dövlət Komitəsinin keçən il keçirilmiş tenderlər haqqında məlumatı ilə tanışlığı davam etdiririk. Bu sənəddə müxtəlif dövlət orqanlarının saxladıqları heyvanlara görə 2011-ci ildə çəkdikləri xərclər də əksini tapır. Beləliklə, ayrı-ayrı dövlət orqanlarının keçən il saxladıqları xidməti heyvanlarına keçirdikləri tenderlər haqqında rəsmi məlumat. Xidməti itlər üçün yem və tibbi ləvazimatlar Dövlət Sərhəd Xidməti: 62 min 200 Dövlət Gömrük Komitəsi: 20 min 86 manat, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı: 9 min 148 manat, Fövqəladə Hallar Nazirliyinin Maddi texniki təchizat idarəsi: 92 min 295 manatlıq yem və tibb ləvazimatları alıb. Atlar üçün yem və tibbi ləvazimatlar Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzindəki heyvanlar üçün: 69 min 580 manatlıq, Qala Dövlət Tarix Etnoqrafiya qoruğundakı heyvanlar üçün: 10 min 610 manat. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi: 305 900 manat, Gənclər və İdman Nazirliy Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlarının Uşaq-Gənclər İdman Məktəbi: 155 min 953 manat. Bundan başqa, "Aqrolizinq" ASC keçən il cins damazlıq qaramal üçün yem almağa 96 min 750 manat xərcləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Çaykənd Qızılbalıqartırma zavodu isə balıqlara 7 min 920 manatlıq yem alıb. Siyahıda göstərilən məbləğlərdə yem və tibbi ləvazimatların neçə baş heyvan üçün nəzərdə tutulduğu göstərilmir. Geri qayıt |