Əsas Səhifə > Siyasət, Manşet > MÜDAFİƏ NAZİRİNƏ QARŞI «FACEBOOK» TƏXRİBATI

MÜDAFİƏ NAZİRİNƏ QARŞI «FACEBOOK» TƏXRİBATI


21-11-2013, 12:08
MÜDAFİƏ NAZİRİNƏ QARŞI «FACEBOOK» TƏXRİBATI
SOSİAL ŞƏBƏKƏLƏRDƏ NAZİRƏ VƏ NAZİRLİYƏ AİD SƏHİFƏLƏRİ KİM İŞLƏDİR?

DİA.AZ: - Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra onun və müdafiə nazirliyinin adına «Facebook»da xüsusi səhifələr yaradıldı ki, ilk başdan bu səhifələr kifayət qədər şübhəli görünürdü. Elə indi də anlaşılır ki, həmin səhifələr və profillər saxta imiş. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən məlumat verilib.

Xatırladaq ki, buna qədər də ayrı-ayrı dövlət adamlarının aydına ayrı-ayrı sosial şəbəkələrdə saxta profillər yaradılıb. Və hətta daxili işlər naziri Ramil Usubovun adına bir ara daha çox profillər yaradılırdı ki, nəhayətdə nazirlik bu saxtakarlığa qarşı sərt tədbirlər görmək zorunda qaldı.

İndi isə anlaşılanı odur ki, «Facebook» həm Zakir Həsənovun və həm də Müdafiə Nazirliyinin saxta profil və səhifələri fəaliyyətdə olsa da, nədənsə bu gün nazirlik tərəfindən hər hansı reaksiya verilməyib.

Bildirək ki, bu səhifələr guya ki, nazirliyin mətbuat xidməti kimi fəaliyyət göstərirlər. Əslində isə bu səhifələrdə xəbər portallarında yerləşdirilən materiallar sonradan qoyulur ki, elə bu faktın özü də səhifələrin nazirliklə və nazirlə əlaqələrinin olmamasından xəbər verməkdədir.

MÜDAFİƏ NAZİRİNƏ QARŞI «FACEBOOK» TƏXRİBATI
MÜDAFİƏ NAZİRİNƏ QARŞI «FACEBOOK» TƏXRİBATI

Geri qayıt