Əsas Səhifə > Şou-biznes > ƏRİNİN KİMLİYİ BİLİNMİR, AMMA ANA OLACAQ...

ƏRİNİN KİMLİYİ BİLİNMİR, AMMA ANA OLACAQ...


21-11-2013, 10:27
ƏRİNİN KİMLİYİ BİLİNMİR, AMMA ANA OLACAQ...
Xalq artisti Aygün Kazımova hər kəsdən gizli şəkildə ailə quran və hamilə olan müğənni Ayan Babakişiyevanı təbrik etdi. ANS PRESS-in məlumatına görə, Ayan proqramlardan birində ailə həyatı qurduğunu, lakin həyat yoldaşını hər kəsdən gizlətdiyini bildirib. Ötən gün isə gənc müğənninin hamiləliyi barədə xəbərlər yayılsa da, o, bu xəbərin doğru olmadığını qeyd edib.

Hər zaman Ayana dəstək olan Aygün Kazımova ötən gecə İnstaqram səhifəsində Ayanın fotosunu paylaşaraq onu təbrik edib və gənc xanım barəsində gəzən söz-söhbətə münasibət bildirib:

“Ayanın gözəlliyini, dürüstlüyünü, istedadını, yeni və xoşbəxt evliliyini çəkə bilmirsinizsə, ey həşərat sülaləsi, gedin, dərd çəkin. Bəli, bütün subaylara qismət olsun. Sevir, sevilir, çox xoşbəxtdir. Tezliklə də ana olacaq. İnşaallah, sağ-salamat…”

Qeyd edək ki, bir neçə dəqiqə sonra isə xalq artisti tərəfindən "Tezliklə də ana olacaq" şərhinin silinməsi diqqətimizdən qaçmadı.


ƏRİNİN KİMLİYİ BİLİNMİR, AMMA ANA OLACAQ...

Geri qayıt