Əsas Səhifə > Dünya > AMERİKA-İSRAİL MÜNASİBƏTLƏRİNDƏ SOYUMA

AMERİKA-İSRAİL MÜNASİBƏTLƏRİNDƏ SOYUMA


21-11-2013, 10:24
AMERİKA-İSRAİL MÜNASİBƏTLƏRİNDƏ SOYUMA
İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlama verib.

Bildirib ki, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir.

A.Liberman, İsrail və onun strateji müttəfiqi olan AŞB-la münasibətlərin zəyiflədiyini də sözlərinə əlavə edib və ABŞ-ın daxili iqtisadi problemlərinin olduğuna işarə edib.

Liberman, yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: "Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq".

Geri qayıt