Əsas Səhifə > Hadisə > BAKIDA ŞOK VALİDEYN VƏHŞİLİYİ

BAKIDA ŞOK VALİDEYN VƏHŞİLİYİ


21-11-2013, 10:23
BAKIDA ŞOK VALİDEYN VƏHŞİLİYİ
Noyabrın 20-də Bakının Xətai rayonu ərazisində yerləşən orta məktəblərdən birində insident baş verib. Xətai RPİ, 34-cü Polis Bölməsindən Lent. az-a verilən məlumata görə, 1976-cı il təvəllüdlü Vidadi Məlikov oğlu 15 yaşlı Vüqarın orta məktəbdə döyülməsi barədə polisə müraciət edib. V.Məlikov bildirib ki, oğlu Qaçaq Nəbi küçəsində yerləşən 95 saylı orta məktəbin şagirdidir. Onu sinif yoldaşının atası, Eldəniz adlı şəxs elə məktəbin dəhlizində şagirdlərin gözü qarşısında döyüb.

Sinif yoldaşları arasında baş vermiş münaqişənin səbəbi müəyyənləşdirilir.

Geri qayıt