Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ TAKTİKASI

HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ TAKTİKASI


21-11-2013, 09:36
HAKİMİYYƏTİN İCRA BAŞÇILARI İLƏ BAĞLI YENİ TAKTİKASI
MAY AYINA QƏDƏR 30-A YAXIN BAŞÇI DƏYİŞİR: ABUTALIBOV DA YOLA SALINIR

DİA.AZ: - Nəhayətdə əyalətlərdə gözlənilən kadr islahatları ilə bağlı hökumətin ciddi müzakirələri başlayıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki məlumatlı mənbə bildirir ki, dünən axşam saatlarında üst dairələrdə bir neçə rayonun icra hakimiyyəti başçılarının dəyişdirilməsi müzakirə olunub.

Xatırladaq ki, zaman-zaman hansı rayon rəhbərlərinin mövqelərinin zəif olması, hansının adının «qara siyahı»ya düşməsi barədə informasiyaları diqqətinizə təqdim etmişik. Məlumatlı mənbə bildirir ki, dünən qəti qərar verilib və dekabr ayının əvvəlindən etibarən təxminən 30-a yaxın rayonun icra başçısının dəyişdirilməsi siyasətinə start veriləcək.

Mənbə iddia edir ki, bu prosesin may ayına qədər uzanması gözlənilir: «Burada maraqlı bir kadr islahatı da var. Söhbət Hacıbala Abutalıbovun vəzifəsindən alınmasından gedir. Dünən bu barədə də qərar verilib. Onun kiminlə əvəzlənəcəi haqda isə hələlik bir neçə versiya olduğundan qəti qərarın olmadığı anlaşılır».

Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik.

Geri qayıt