Əsas Səhifə > Siyasət > QƏNİMƏT ZAHİD NİYƏ DÖNMÜR?

QƏNİMƏT ZAHİD NİYƏ DÖNMÜR?


29-09-2011, 13:56
QƏNİMƏT ZAHİD NİYƏ DÖNMÜR?

“BUNUN HEÇ BİR SƏBƏBİ YOXDUR”

Bir müddət öncə ailəsinin təhlükəsizliyi ilə bağlı Fransaya gedən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın vaxtlarda vəzifəsinin başına qayıdacağı bildirilirdi. Lakin indiyədək baş redaktor vətənə qayıdıb, vəzifəsinin icrasına başlamayıb.

“Qənimət Zahidin Fransadan hələ də qayıtmamasının heç bir səbəbi yoxdur. Oktyabrın 10 və ya 15-i ərəfəsində o, vətənə qayıdacaq”. Bu sözləri açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib. Bu məlumatın tam dəqiq olduğunu deyən redaktor Qənimət Zahidin maksimum oktyabrın 20-nə kimi Bakıda olacağını bildirib.

Bir müddət əvvəl Türkiyədən Fransaya gedən Qənimət Zahid “Azadlıq” qəzetinə yazdığı məktubda ailəsinin təhlükəsizliyi ilə bağlı belə bir addım atdığını bildirmişdi. O ailəsinin yerləşdirilməsi ilə bağlı texniki məsələləri həll etdikdən sonra yaxın zamanlarda geri qayıdacağını yazmışdı.

Geri qayıt