Əsas Səhifə > Ölkə > DƏHŞƏTLİ STATİSTİKA

DƏHŞƏTLİ STATİSTİKA


31-01-2012, 13:43
DƏHŞƏTLİ STATİSTİKA

SON 23 İLDƏ AZƏRBAYCANDA 22 MİNDƏN ÇOX İNSAN YOL QƏZASINDA ÖLÜB

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda son 23 ildə ölkədə qeydə alının yol qəzalarının statistikasını açıqlayıb.

BDYPİ-dən APA-ya verilən məlumata görə, 1988-ci ildən 2012-ci ilədək Azərbaycanın avtomobil yollarında 64 min 141 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Statistikaya görə, ötən 23 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.

Müqayisə üçün qeyd edək ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.


Geri qayıt