Əsas Səhifə > Cəmiyyət > SABAH DEPUTATLAR TƏTİLDƏN QAYIDIR
SABAH DEPUTATLAR TƏTİLDƏN QAYIDIR31-01-2012, 11:56 |
MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞİNƏ BAŞLAYIR Milli Məclisin (MM) 2012-ci il yaz sessiyası fevralın 1-də başlayır. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, yaz sessiyasının ilk plenar iclasına 4 məsələ salınıb. Bunlar Milli Məclisin İntizam Komissiyasının Hesablayıcı Komissiyasının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının işlər planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxil edilib. Geri qayıt |