Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SƏLİM MÜSLÜMOV KİMLƏRİ "RASXOD"A VERƏCƏK?

SƏLİM MÜSLÜMOV KİMLƏRİ "RASXOD"A VERƏCƏK?


19-11-2013, 10:32
SƏLİM MÜSLÜMOV KİMLƏRİ "RASXOD"A VERƏCƏK?
DİA.AZ: - Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə təyin olunandan sonra bir sıra kadr dəyişikliyi həyata keçirib. Aparılan islahatlar bundan sonra da davamlı olacağı gözlənilir. Və eks nazir Fizuli Ələkbərovun dönəmində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş məmurların bir-bir cəzalandırılacaqları da istisna olunmur.

DİA.AZ-a daxil olan məlumata görə, yaxın günlərdə Bakı şəhəri, Binəqədi rayon, Saatlı və Sabirabad rayon Sosial Müdafiə Mərkəzlərində yoxlamaların başlanılması gündəmdədir. Yoxlamalara səbəb hər üç rayon Sosial Müdafiə Mərkəzlərində ciddi qanun pozuntularının, həmçinin maliyyə maxinasiyalarının olmasıdır. Mənbənin sözlərinə görə, hələ də sözügedən rayonlardan nazirliyə kütləvi şəkildə şikayətlərin daxil olması yeni naziri bu addımı atmağa vadar edir.

Qeyd edək ki, dövlət tərəfindən aztəminatlı ailələrə ayrılmış ünvanlı sosial yardımlar heç də həmişə ünvanına çatdırılmır. Bir qayda olaraq mərkəz direktorları dövlət tərəfindən ayrılan küllü miqdarda vəsaitləri müxtəlif yollarla mənimsəyirlər. Ciddi yoxlamaların baş verəcəyi təqdirdə Sosial Müdafiə Mərkəzlərinin direktorlarının həbsi qaçılmaz olacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt