Əsas Səhifə > Dünya > SURİYADA XƏSTƏXANA DA ATƏŞƏ TUTULUB

SURİYADA XƏSTƏXANA DA ATƏŞƏ TUTULUB


19-11-2013, 10:12
SURİYADA XƏSTƏXANA DA ATƏŞƏ TUTULUB
Suriyada Əsəd qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda 39 nəfər həlak olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya rejiminə bağlı ordu birliklərinin ölkə daxilində müxalifət qruplaşmalarına qarşı ağır silahlarla həyata keçirdiyi əməliyyatlarda 3-ü qadın , 7-i Azad Suriya Ordusu üzvü olmaq üzrə 39 adam həlak olub.

Suriya Ümumi İnqilab Şurasından (SRGC ) edilən şərhdə da Əsəd güclərinin Xumsu əl- Vaer bölgəsindəki Vəlid Xəstəxanasına qurudan atılan mərmilərlə vurması nəticəsində aralarında qadın və uşaqların da olduğu çox sayda adamın öldüyü və yaralandığı, yaralılarından bəzilərinin vəziyyətinin ciddi olduğu qeyd edilib.

Suriya Hava Qüvvələrinə aid bir döyüş təyyarəsinin Hələbin Mari ərazisini bombalaması nəticəsində bəzi yaşayış yerlərində böyük dağıntılar meydana gəldiyi bildirilir.

Hələbin Meadi bölgəsində 4 mərtəbəli binaya havan topu güllələrinin düşməsi nəticəsində bir bina çöküb, dağıntının altında qalanları iş maşınlarının köməyi ilə çıxarmaq mümkün olub.

Geri qayıt