Əsas Səhifə > Cəmiyyət, Manşet > İLHAM ƏLİYEV SƏRKİSYANI BU MƏNTİQLƏ UDACAQ

İLHAM ƏLİYEV SƏRKİSYANI BU MƏNTİQLƏ UDACAQ


18-11-2013, 16:10
İLHAM ƏLİYEV SƏRKİSYANI BU MƏNTİQLƏ UDACAQ
İRƏVAN ÖZÜNÜ ÇƏTİN VƏZİYYƏTƏ SALIB

DİA.AZ: - «Prezidentlərin Vyana görüşünndə Azərbaycan tərəfi əsas olaraq Ermənistanın təxribatçı mövqeyi ilə bağlı izahat tələb edəcək». Bu məlumat DİA.AZ-a diplomatik qaynaqlar tərəfindən ötürülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan parlamentində Dağlıq Qarabağdakı separatçı Xankəndi rejiminin tanınması üçün təşəbbüslər yenidən baş qaldırmışdı. Doğrudur, bu təşəbbüslər erməni deputatlar tərəfindən dəstəklənmədi. Amma baş verənlərin əslində İrəvanın Bakıya təzyiqi kimi qəbul edilməsi də kifayət qədər haqlı izahatdır.

Bununla bağlı redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, rəsmi İrəvanın məhz bu kimi gedişlərini evcik-evcik oyununa bənzədən rəsmi Bakı prezidentlərin 19 noyabr tarixinə nəzərdə tutulan Vyana görüşündə prioritet mövzu kimi müzakirəyə çıxarmağı düşünür.

Mənbənin söylədikləri: «İlham Əliyev prezident seçkilərindən sonra ilk dəfədir ki, Sərkisyanla Qarabağ problemini müzakirə edəcək. Bu görüş bu günə kimi baş tutan görüşlərdən çox fərqlənəcək. Çünki artıq vəziyyət dəyişib. Və rəsmi Bakının işğal olunmuş torpaqların azadlığı naminə danışmaqdan çox, iş görməyə meyilli olduğunu sübutlayan yetərincə addımları ortadadır. Və belə bir məqamda ermənilərin qeyri-ciddi bir şəkildə görüşə «tədarük görmələri», Qarabağdakı separatçı rejimi tanıya biləcəklərini müzakirəyə çıxarmaları əslində ermənilərin işinə yaramadı, Azərbaycan tərəfini əlavə olaraq qəzəbləndirdi.

Yəni ermənilər gözləyirdi ki, rəsmi Bakı bununla gərilmiş emosiyalardakı əsəbililik payını azaldacaq. Amma ermənilər gözləmirdilər ki, rəsmi Bakı ermənilərdən bundan artığını gözləmir. Yəni Bakıda düşünürlər ki, ermənilər hətta erməni separatçılarını, terrorçularını dövlət kimi tanısalar belə, bu, heç nəyi dəyişməyəcək və bu qərar əksinə, ermənilərlə Azərbaycanın danışmasının qeyri-mümkünlüyünü ortaya qoymuş olacaq.

Çünki bundan sonra Azərbaycanın Ermənistanla danışması üçün mövzu qalmır. Və həmin tanıma qərarının ertəsi günü Azərbaycan da haqlı olaraq hərbi əməliyyatları bərpa etmək zorunda qalacaq».

Geri qayıt