Əsas Səhifə > Güney Press, Araşdırma > NEFTÇALADA "STAJ" BAZARI AÇILIB

NEFTÇALADA "STAJ" BAZARI AÇILIB


18-11-2013, 10:45
NEFTÇALADA "STAJ" BAZARI AÇILIB
Dövlət Sosial Müdafiə Fonduna hələ də rəis təyinatının olmaması bəzi rayon DSMF sədrlərinin "kürkünə birə salıb".

Məlumata görə, Səlim Müslümovun Fond sədri olduğu zaman ona yaxın şəxslərin nəzarəti altında ciddi maliyyə fırıldaqları həyata keçirən DSMF-nin rayon şöbələrinin rəisləri daha çox yoxlamalardan ehtiyyat edirlər. Yoxlamalar zamanı ciddi problemlırin ortaya çıxacağından ehtiyat edən bu rəislər indidən çıxış yolu axtarırlar.

Tia.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda DSMF-nin bir neçə rayon şöbəsində ciddi maliyyə yoxlaması aparılacaq.

Artıq bu yoxlama bir rayonda - Neftçalada start görütüb. Hazırda Neftçala İcra Hakimiyyəti və Maliyyə İdarəsində aparılan yoxlamadan dərhal sonra növbə DSMF-nin rayon şöbəsində başlayacaq.

Uzun müddət Salyanda çalışan və gözlənilmədən Neftçala DSMF-yə sədr təyin edilən Ramil Salmanov isə bundan yaman ədişələnib. Onun rəhbəri olduğu idarədə daha ciddi problemlər və yeyinti halları, qanunsuz sənədləşmə halları mövcuddur. Bu səbəbdən də o, qorxu içindədir. Bu yoxlamalardan sonra onun postdan alınması daha realdır.
Rayondan Tia.az-a verilən məlumatlara görə, Ramil Salmanov xeyli zamandır ki, rayonda “staj” satmaqla məşğuldur. Yani pensiyaya çıxan və iş təcrübəsi olmayanlara yardım əlini uzadan Ramil Salmanov bunu ustalıqla həyata keçirməyi bacarsada yuxarıların nəzərindən qacmayıb. Təsəffür edin ki, hər 5 il üçün iş təcrübəsi düzəldən Ramil Salmanov bu müqabilində 1000-1500 cuvarında pul alır.

Daha geniş məlumatı yaxın günlərdə təqdim edəcəyik.

Geri qayıt