Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIMIZ MƏŞHUR TÜRKİYƏLİ ULDUZLA BİR ARADA

DEPUTATIMIZ MƏŞHUR TÜRKİYƏLİ ULDUZLA BİR ARADA


18-11-2013, 09:42
DEPUTATIMIZ MƏŞHUR TÜRKİYƏLİ ULDUZLA BİR ARADA
MİLLƏT VƏKİLİ İSTANBULDAKI MƏCLİSLƏRİN BİRİNDƏ SİBEL CANLA YAXALANIB

DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Belə ki, DİA.AZ-ın elektron poçtuna ötürülən informasiyada bu günlərdə deputatlarımızdan birinin İstanbuldakı məclislərin birində qardaş Türkiyənin tanınmış müğənnilərindən olan Sibel Canla olduqca məhrəm münasibətlərdə olduğu qeyd olunur.

Qeyd edək ki, redaksiyamıza ötürülən informasiyada həmin deputatın kimliyi açıqlansa da, ortada real faktların olmaması və dəqiqləşdirmə imkanlarının məhdudluğu səbəbindən dolğun bilgiləri özümüzdə saxlayırıq.

Məlumatı verən mənbə isə iddia edir ki, Sibel Canla azərbaycanlı deputatın münasibətlərinin tarixi var: «Onlar əvvəllər də yaxşı münasibətdə olublar».

Mənbə iddia edir ki, həmin məclisdən olan görüntülər Türkiyənin «Hürriyyət» qəzetində olsa da, deputatımız bunu öyrəndiyindən, görüntüləri redaksiyadan satın alıb.

Geri qayıt