Əsas Səhifə > Ölkə, Manşet > NAXÇIVAN KLANI ÜÇÜN QARA XƏBƏR

NAXÇIVAN KLANI ÜÇÜN QARA XƏBƏR


30-01-2012, 15:29
NAXÇIVAN KLANI ÜÇÜN QARA XƏBƏR

HAKİMİYYƏT ÖZ İÇİNDƏ «RƏSUL QULİYEV REPRESSİYALARI»NA BAŞLAYIR

DİA.AZ: - Bir neçə gün əvvəl «Rəsul Quliyevlə əlaqəsi olan məmur yoxdur» şəklində açıqlama verən parlament sədrinin müavini Bahar Muradovanın bu sözləri də əslində həqiqətdə baş verənlərin inkarı anlamını daşıyırdı. Bu barədə redaksiyamızı bililəndirən hökumət içindəki mənbədən gələn informasiyada deyilir ki, hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Bahar Muradovanın iddia etdiyi əksinə olaraq, günü bu gün də hakim düşərgədən böyük etimad sahibidir: «Konkret olaraq, son illər ərzində küncə sıxışdırılan Naxçıvan qruplaşması hələ də Rəsul Quliyevi lider kimi görür».

Xatırladaq ki, hələ Heydər Əliyevin sağlığında - Rəsul Quliyevin «siyasi hicrət» etdiyi ilkin ərəfədə hakimiyyət öz daxilində «rəsulçu» ovuna çıxmışdı ki, bu zaman onlarla məmur və deputat hakim komandadan çıxdaş edildi. Onların arasında Rza İbadov kimi maliyyə boslarından tutmuş nüfuzlu siyasət adamları da var idi.

İndi də anoloji vəziyyətin yarana biləcəyi söylənilir. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) verilən xəbərdə bildirilir ki, əslində «Rəsul Quliyev ümumilikdə hakimiyyətin layihəsidir» fikri həqiqətən də yanlışdır: «Çünki Rəsul Quliyevi konkret olaraq hakimiyyətin müəyyən cinahı dəstəkləyir və o, iqtidar düşərgəsinin ümumi planlarında mövcud deyil».

Mənbəmizə görə, Rəsul Quliyevin arxasında dayanan Naxçıvan qruplaşması son illər çox ciddi ayıq-saıqlıq nümayiş etdirməkdədirlər: «Onları iqtidar cinahının narazı kəsimi kii də qəbul etmək olar. Onların əllərində iqtisadi və siyasi rıçaqlar var və onlar marıqda dayanaraq gərəkən anı gözləyirlər. Əgər real dəyişiklik zamanı yetişərsə, həmin qüvvələr dəyişikliyin lokomotivinə də çevrilə bilərlər. Ən azından bu dəyişikliyi icra edən qüvvənin yanında dayanarlar. Hətta onların hazırki müxalifətə dəstək verə bilmələri də mümkündür».

Bu səbəbdən onların yenidən hədəfə çevriləcəyini bildirən mənbəmiz qeyd edir ki, artıq hakimiyyət öz daxilində «antiNaxçıvanklanı əməliyyatı»na start verib: «Bu əməliyyat nəticəsində Rəsul Quliyevə aidiyyatı olma ehtimalı olan Naxçıvan kalın mənsublarının zərbə görəcəyi istisna deyil. Yəni Rəsul Quliyevdə uzaqdan-yaxından əlaqəsi olan hər kəs cəzaoanacaq».

Bu arada mənbəmiz maraqlı bir faktı da açıqladı: «Zamanında keçmiş millət vəkili Hüseyn Abdullayevin «vurulmasında» da onun Rəsul Quliyevlə mübhəm əlaqələri müstəsna faktor kimi diqqətə gəlib. Bu hakimiyyət kimisə təsadüfən hədəfinə çevirmir».


Geri qayıt