Əsas Səhifə > Cəmiyyət, Manşet > AYDIN BƏŞİROVA QARŞI ŞOK ADDIM ATILIR

AYDIN BƏŞİROVA QARŞI ŞOK ADDIM ATILIR


15-11-2013, 17:01
AYDIN BƏŞİROVA QARŞI ŞOK ADDIM ATILIR
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında sərəncam verməsindən sonra QSC-in keçmiş şefi Aydın Bəşirovun "qara" günləri başlayıb.

"Unikal"a daxil olan məlumatda bildirilir ki,yeni rəhbər Rauf Vəliyev təşkilatda ciddi yoxlamalara başlayıb. İlk anlarda bu yoxlamalara əngəllər törətməyə cəhdlər olsada ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Rauf Vəliyevə dəstək verdi və demək olar ki, QSC-in əksər idarələrində təftiş prosesi gedir. Qey edək ki,daxil olan məlumata görə Rauf Vəliyev hazırda Aydın Bəşirovun, onun oğlunun şirkətlərini, QSC-in müavini Rəfael Rəhmanovun fəaliyyətini yoxladır. Hətta adları çəkilən şəxslər vəzifələrindən azad olunsalarda yeni rəhbərin tapşırığı ilə işə gəlir və yoxlamalarda iştirak edərək lazımi izahatları verirlər. Mənbənin sözlərinə görə adı çəkilən şəxslər yüz milyonlarla manat pul yeyintisində şübhəli bilinirlər. Bununla bağlı "Unikal" olaraq Aydın Bəşirovdan ekskulizv müsahibə götürdük və Aydın Bəşirov maraqlı açıqlamalar verdi.Açıqlamanı nəzərinizə çatdırırıq.
-Aydın müəllim, salam...
-Salam,kimdi?
-"Unikal" qəzetindəndir.
-Nə istəyir bu "Unikal" qəzeti məndən, hər gün qəzet buraxıb mənidə ön səhifəyə çıxarırsınız.Bəs deyilmi?
-Aydın müəllim,sadəcə bir sualımız var?
-Mən artıq işləmirəm,sualınızı mənə verməyin.
-Bəs indi hardasınız?
-İşdə olacağam harda olmalıyamki?.
- İşdən azad olunandan sonra,orda nə iş görürsünüz?
-Təhvil-təslim işlərini həyata keçiririk.
-Aydın müəllim,bildirilir ki, təşkilatın avto-nəqliyyat müəssisəsində artıq ciddi yoxlamalara başlanıb.Bununla bağlı nə deyə bilərsiniz?
- Çox xahiş edirəm,bu məsələləri qabartmayın. Bax bu mövzuda o qədər yazdınız ki, artıq qarışıqlıq yaranıb.
-Nə mənada,rəhbərliklə problemlər yaranıb?
- Bax yenə aramızı vurursunuz. Ay oğlan, sən azərbaycanlı deyilsən,deyirəm axı müsahibə vermək istəmirəm.
-Aydın müəllim, bildirilir ki, ortada milyonlarla manat yeyintidən söhbət gedir
-Bu mövzulara daha qayıtmayaq . Belə edirsiniz ki, problemlərdə yaranır.
Bunu da qeyd edək ki, Aydın Bəşirov açıqlamasında yoxlama faktını təkzib etmədi və mənbənin sözlərinə görə yoxlamalar get-gedə ciddiləşir. Hətta bu günlərdə Aydın Bəşirov istirahətə çıxıb xarici ölkələrdən birinə getmək istəyini bildirsədə bunun qarşısı alınıb. Bu yoxlamalara isə bir başa Rövnəq Abdullayevin özü nəzarət etdiyindən Aydın Bəşirovun başqa çıxış yolu qalmayıb. Mövzuya qayıdacağıq.

Geri qayıt