Əsas Səhifə > Hadisə > YENƏ ƏSGƏR ÖLÜMLƏRİ

YENƏ ƏSGƏR ÖLÜMLƏRİ


30-01-2012, 12:53
YENƏ ƏSGƏR ÖLÜMLƏRİ

HƏM DQ-DƏ, HƏM DƏ MO-DA İTKİLƏRİMİZ VAR

Azərbaycanda hərbi qulluqçu dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Əmiraslan Rüstəmov qazanxanada dəm qazından boğularaq ölüb.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bi başqa məlumatda isə deyilir ki, Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.


Geri qayıt