Əsas Səhifə > Ölkə, Manşet > RƏSMİ BAKI KREMLƏ QARŞI HANSI ADDIMI ATACAQ?
RƏSMİ BAKI KREMLƏ QARŞI HANSI ADDIMI ATACAQ?15-11-2013, 15:30 |
ƏGƏR MOSKVADA BİZİ ƏZİRLƏRSƏ… DİA.AZ: - «Rusiya ilə Azərbaycanın yenidən yollaşması, hansısa müstəvidə ortaq mövqedə dayanması imkansızdır. Çünki aradakı körpülər yanıb. Və bu da Azərbaycan daxilində siyasi proseslərə də öz təsirini göstərəcək. Bu isə növbəti kadr islahatları dalğası ilə müşaiyət olunma anlamına gəlir». Bu ilginc açıqlamanı DİA.AZ-a hökumətdəki mənbələr ötürüb. Mənbənin bildirdiklərindən belə anlaşılır ki, rəsmi Bakı artıq Putin administrasiyası ilə bütün sferalarda maraq toqquşması yaşamaqdadır: «İlham Əliyevə qarşı rusların çevriliş planının olması, Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyi niyyətinin olması haqda deyilənlər fakt idi. Burada yenidən velosiped icad olunmurdu. Saakaşvilinin xəbərdarlığı, eyni zamanda Rusiyanın Azərbaycana qarşı bir neçə istiqamətdə yürütdüyü siyasət də deyilənlərin bariz nümunəsi kimi qəbul oluna bilər». Bildirək ki, mənbəmiz Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı hərəkətlərini bir neçə istiqamət üzrə səciyyələndirib: «İlk olaraq nəzərə çarpanı Rusiya xəttinin Azərbaycan müxalifətində özünü nəzərə çarpdırması oldu. Bir yandan, ənənəvi müxalifət qüvvələri ilə Kremlin ortaq projedə - Milli Şura ideyasında görünməsi, bir yandan Kremlin sifarişi ilə Moskvada Azərbaycan diasporasının parçalanması cəhdləri, Abbas Abbasov, Söyün Sadıqov kimi fiqurların açıq şəkildə rəsmi Bakının üzərinə yeriməsi, bir yandan Rəsul Quliyev, Elşad Abdullayev kimi məxfi rus ajanlarının hakimiyyətin sütunlarını hədəfə alan fəaliyyətlərdə bulunmaları, digər yandan da həm Azərbaycan daxilində müxtəlif zəminli separatçılıq fəaliyyətlərinin Kremlin nəzarəti altında qızışdırılması, həm də Rusiya daxilində antiAzərbaycan ovqatının süni şəkildə yaradılması artıq Moskva-Bakı münasibətlərinin hansı xəttə gətirildiyini tam çılpaqlığı ilə ortaya qoyur». Mənbəmizə görə, Rusiya Azərbaycanı özünə sarı gətirə bilməsi üçün Azərbaycanı özündən çox kənarlaşdırıb: «Bu gün Azərbaycan ümumiyyətlə, Qərblə olduğu kimi, Rusiya ilə də çox uzaqda görünür. Rəsmi Bakı yalnız beynəlxalq maliyyə şəbəkələri ilə xoş və səmimi münasibətlərini qoruyur ki, bu da əslində Azərbaycanın müstəqil siyasi kursunun təminat baxımından təhlükəsizliyinə zəmin yaradan bir faktor kimi qəbul edilməlidir. Yəni Azərbaycan hakimiyyəti özünün mövqelərinin möhkəmliyini Azərbaycan dövlətinin müstəqil dəst-xətt nümayişi siyasəti ilə eyniləşdirməyə müvəffəq olduğundan, artıq hər hansı kənar təsir, kənar müdaxilə məhz Azərbaycan dövlətinə qarşı aksiya kimi qəbul edilir. Elə buna görə də, bu gün hakimiyyətə qarşı atıla biləcək hər hansı addım, hər hansı kənar təzyiq qarşısında bütünlükdə olaraq Azərbaycan xalqı dayanır. Çünki rəsmi Bakının hədəfə alınması ilə həm də hədəfə alınan Azərbaycan xalqı və Azərbaycan dövləti olur. Misal çəkək, ruslar YAP iqtidarı ilə münasibətlərindəki gərginliyi Moskvada azərbaycanlıları sıxışdırmaqla ifadə edirlər. Bunun da nəticəsində Moskvadakı və həm də elə Azrbaycandakı azərbaycanlılar bu hakimiyyətin yanında olmağa məhkumdurlar. Çünki başqa cür müdafiə imkansızdır». Mənbəmiz əlavə etdi ki, yaxın günlərdə Rusiyanın Azərbaycandakı dayaqları məhz məlum siyasi şəraitdən doğan bir təhlükə ilə üzləşəcək: «Bu, qaçılmaz bir aqibətdir. Hakimiyyət toparlanar-toparlanmaz ilk olaraq məhz Rusiyanın dayaqlarını qazımaq zorundadır». Geri qayıt |