Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAYTLAR DA HƏDƏFƏ ALINIB

SAYTLAR DA HƏDƏFƏ ALINIB


15-11-2013, 11:12
SAYTLAR DA HƏDƏFƏ ALINIB
Çap mediası ilə bərabər elektron medianın - internet resurslarının da başının üstünü qara buludlar almaqdadır. Saytlara haker hücumları artıb.

Xəbər verildiyi kimi, fəaliyyətə başladığı gündən bəri 10 dəfədən çox ciddi haker hücumuna məqruz qalmış rusdilli minval.az saytı artıq çökdürülmüş haldadır.

Bir neçə saat bundan əvvəl isə Press24.az saytına güclü haker hücumu olub. Sayt rəhbərliyinin yaydığı məlumata görə, hücumlar intensiv şəkildə davam edir. Bununla əlaqədar olaraq saytın girişində müvəqqəti məhdudiyyət yaranıb. Hazırda Press24.az-ın İT mütəxəssisləri problem üzərində çalışırlar. Onların səyi nəticəsində haker hücumlarının qarşısı müvəffəqiyyətlə alınır. Yaxın saatlarda sayta məhdudiyyətsiz giriş tam bərpa olunacaq.

Onu da qeyd edək ki, son gümlər musavat.com saytı da haker hücumlarına məruz qalır. "Avropa info"dan bildirilib ki, hələlik portala xidmət göstərən İT mütəxəssisləri hücumları lokallaşdırmağı bacarırlar.

DİA.AZ-a isə bu gün səhər saatlarından İran istiqamətindən hücumlar var ki, bu da fəaliyyətdə problemlər yaradıb.

Geri qayıt