Əsas Səhifə > Cəmiyyət, Manşet > TAĞI ƏHMƏDOVDAN QƏZETLƏRƏ ÇOX CİDDİ ZƏRBƏ

TAĞI ƏHMƏDOVDAN QƏZETLƏRƏ ÇOX CİDDİ ZƏRBƏ


14-11-2013, 18:09
TAĞI ƏHMƏDOVDAN QƏZETLƏRƏ ÇOX CİDDİ ZƏRBƏ
«METROSERVİS» YAYIM ŞİRKƏTİ FƏALİYYƏTİNİ DURDURDU

DİA.AZ: - Maddi problemlər içində olan qəzetlər üçün daha bir bəd xəbər. Az əvvəl redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu gün qəzet yayımı bazarında kifayət qədər ciddi yeri olan «Metroservis» yayım şirkətinin fəaliyyətinə son qoyulub.

DİA.AZ-a daxil olan məlumatlara görə, Bakı Metropoliteni ərazisində qəzet və kitabların satışını həyata keçirən bu şirkətin fəaliyyətinə birbaşa olaraq rəhbərlik tərəfindən son qoyulub.

Onu da əlavə edək ki, bir neçə gün əvvəlindən Bakı metrosu ərazisində 5 qəzetin yayımına qadağa qoyulmuşdu. İndi isə bütün qəzetlər eyni mərhumiyyətə düçar olacaq ki, bu da qəzet bazarı üçün böyük itki kimi qiymətləndirilir.



Geri qayıt