Əsas Səhifə > Şou-biznes > NƏNƏNİN MÜĞƏNNİ PƏRƏSTİŞİ

NƏNƏNİN MÜĞƏNNİ PƏRƏSTİŞİ


30-01-2012, 11:26
NƏNƏNİN MÜĞƏNNİ PƏRƏSTİŞİ

90 YAŞLI QADIN ELNURA QIZIL SAAT BAĞIŞLAYIB

“Mənim sənətimi çox istəyən bir yaşlı nənə ilə rastlaşdım".

Milli.Az olaraq hər zaman oxuculara məşhur müğənnilərin üzərlərində olan bahalı zinət əşyalarını çəkib nümayiş etdiririk. Pop-diva Aygün Kazımova və estradanın sevilən müğənnisi Natavan Həbibidən sonra növbə tanınmış ifaçı Elnur Məmmədovundur.

Mərasimlərin birində qolundakı saata tez-tez nəzər yetirən Elnurdan onun dəyərini soruşanda o bizə olduqca fərqli bir tarixçə danışdı:

"Mən bu saatın qiymətini bilmirəm. Çünki bu, hədiyyədir. Hədiyyəni isə mənə 90 yaşlı bir qadın verib. Mənim sənətimi çox istəyən bir yaşlı nənə ilə rastlaşdım. Məni qucaqlayıb dedi ki, "Ən böyük arzum sənin nəvəmin toyunda oxumağındır". Sonra isə qonorarımı soruşdu. Mən də təmənnasız gələcəyimi açıqladım. Gedib toyda pulsuz oxudum. Sonra aylar keçdi, o nənə yenə qarşıma çıxdı və mənə bu saatı hədiyyə etdi. Saat qədimidir və bildiyim qədər çox bahalıdır. Ancaq qiymət mənim üçün önəmli deyil. Əsas odur ki, o, böyük ürəklə verilib".


Geri qayıt